Azərbaycan-Ermənistan münasibətləri normallaşa bilər

12:18 25-02-2022 | icon 425 | Siyasət
Azərbaycan-Ermənistan münasibətləri normallaşa bilər

 

Deputatımız Vyanada Ermənistanı sülhə konstruktiv cavab verməyə çağırdı

 

Fevralın 24-də Vyanada ATƏT Parlament Assambleyasının (PA) 21-ci qış sessiyasında Siyasi məsələlər və təhlükəsizlik üzrə baş komitəsinin iclası keçirilib.

 

Versus.az Azərtac-a istinadən xəbər verir ki, ATƏT məkanında gərginliyin artması və parlamentlərarası dialoqa ehtiyac iclasda əsas mövzular olub.

 

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev çıxışında ümumi maraq doğuran məsələlərin adekvat şəkildə həlli üçün parlamentlərarası dialoqa inanan parlamentarilərin arasında yer aldığını ifadə edib. Qeyd olunub ki, bu yanaşma münaqişədən sonrakı mərhələdə dövlətlərarası münasibətlərin normallaşması və barışığa kömək etmək üçün Ermənistan və Azərbaycan nümayəndə heyətləri arasında potensial parlamentlərarası dialoqa da şamil edilə bilər.

 

Azay Quliyev bildirib ki, indiyədək hər iki ölkə 30 ildir davam edən münaqişəyə son qoyan üç mühüm bəyanat imzalayıb. İndi keçmiş münaqişə tərəfləri regiona davamlı sülh gətirmək üçün müxtəlif formatlarda danışıqlar aparırlar. Bu baxımdan, imzalanmış üçtərəfli bəyanatlar çərçivəsində öhdəliklərin həllinə Ermənistan və Azərbaycanı cəlb etmək üçün Fransa və Avropa İttifaqı tərəfindən irəli sürülən təşəbbüslər də yüksək qiymətləndirilməlidir.

 

Azərbaycan nümayəndəsi parlamentlərarası dialoqun mövzusu ola biləcək məsələlərə də toxunub. Qeyd edilib ki, Azərbaycana mina xəritələrinin düzgün və dəqiq variantlarının verilməsi, Birinci Ermənistan-Azərbaycan müharibəsi zamanı itkin düşmüş 4 minə yaxın azərbaycanlı haqqında məlumatların əldə olunması, Zəngəzur dəhlizi ilə Azərbaycanın qərb hissəsindən onun Naxçıvan Muxtar Respublikasına quru yolu da daxil olmaqla rabitə və nəqliyyat əlaqələrinin yenidən açılması və bərpası ilə bağlı qaldırılan məsələlərin müzakirəsi, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdən bütün qeyri-qanuni silahlı dəstələrin çıxarılması, iki dövlət arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası, Ermənistan və Azərbaycan arasında bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət əsasında sülh müqaviləsinin imzalanmasında parlamentlərarası dialoq öz töhfəsini verə bilər. ATƏT PA və parlamentarilər bu sazişlərin tezliklə həyata keçirilməsi üçün öz rolunu oynaya və iki xalqın çoxdan gözlənilən barışığını və dinc yanaşı yaşamasını dəstəkləyə bilər: “Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi mən Parlament Assambleyasını əmin edə bilərəm ki, Azərbaycan nümayəndə heyəti Cənubi Qafqaz regionunda bərqərar olmuş sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, o cümlədən erməni həmkarları ilə yuxarıda qeyd olunan məsələlər üzrə və siyasi liderlərimizin bu məqsədlə göstərdiyi bütün sülh səylərini dəstəkləmək məqsədilə mənalı dialoq aparmağa hazırdır.

 

Yekunda ümidvar olduğumu bildirmək istərdim ki, Ermənistan nümayəndə heyəti qızışdırıcı ritorikadan çəkinəcək və bunun əksinə olaraq, Azərbaycanın konstruktiv təklifinə cavab verəcək və bu tarixi fürsətdən istifadə edərək, Azərbaycanla münasibətlərini normallaşdırmaq və regionda mehriban qonşuluq münasibətləri yaratmaq niyyətindədir”.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol