Deputat SOYQIRIM PARKI yaradılması təklifində İSRARLIDIR

12:53 25-02-2022 | icon 383 | Siyasət
Deputat SOYQIRIM PARKI yaradılması təklifində İSRARLIDIR

Razi Nurullayev: "Bu təklifi hər il səsləndiririk, ümid edirəm Prezident bu təklifə səssiz qalmayacaq"

 

Azərbaycan xalqının başına gətirilmiş XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının 30-cu ildönümü tamam olur.

 
Versus.Az xəbər verir ki, Milli Cəbhə Partiyası (MCP) hər il olduğu kimi, bu il də "Ana harayı" abidəsini ziyarət edib.
 
 
Abidənin önünə gül dəstələri qoyan MCP-çilər soyqırım qurbanlarının xatirəsini hörmətlə yad edib, ruhlarına dualar oxuyublar.
 
 
Ziyarətdən sonra partiyanın sədri, deputat Razi Nurullayev mediaya açıqlama verib. O, bildirib ki, soyqırım 30 ildir hüquqi qiymət almayıb:
 
 
"Bu qanlı cinayəti törədənlər hələ də cəzalandırılmayıblar. Soyqırımın dünya ictimaiyyətinə daha geniş çatdırılması üçün təklif edirəm ki, Xocalı soyqırımı ilə bağlı dünyada analoqu olmayan bir soyqırım parkı yaradılsın".
 
 
R.Nurullayev vurğulayıb ki, hər il Azərbaycanda 4-5 istirahət parkı açılır. Bu baxımdan təklif edir ki, Azərbaycanda 5-10 hektar ərazidə “Soyqırım parkı” yaradılsın:
 
 
"Orda Xocalıda şəhid olan, 31 Mart soyqırımında həlak olan hər bir kəsə abidə ucaldılsın və bu, abidələrdən ibarət bir parka çevrilsin. Azərbaycana gələn turistlər də, məkləblilər də, gənclər də, tələbələr də bu parkı ziyarət etsinlər, Azərbaycan xalqının başına gətirilən müsibətdən xəbərdar olsunlar. Tarixi əyani şəkildə öyrənməyə ehtiyac var. Belə bir parkın açılması çox böyük irəliləyiş olardı. Xocalı soyqırımını, 31 Mart Dünya Azərbaycanlılarının Soyqırımını dünyaya tanıtmaqda əvəzsiz rol oynayardı".
 
 
Deputat qeyd edib ki, bu təklifi MCP olaraq hər il səsləndirir və ümid edirlər ki, ölkə Prezidenti, hökumət bu təklifə səssiz qalmayacaq və nəhayət ki, belə bir parkın yaradılmasına başlanılacaq.
 
 
Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Rusiya hərbi birləşmələrinin birbaşa iştirakı ilə Ermənistan silahlı qüvvələri Azərbaycanın Xocalı şəhərini işğal edib, azərbaycanlılara qarşı dəhşətli soyqırım törədib.
 
 
 
 
 
PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

Şuşanın Turşsu qəsəbəsinə köçün tarixi AÇIQLANDI

Azərbaycanda Ramazan bayramı münasibətilə namaz qılınıb

Gəncə idmanında yeni mərhələ

Xüsusi təyinatlıların təlimindən YENİ KADRLAR

Muradın 17 illik sevgi etirafı

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Ağırlıqqaldıranımız Dünya Kubokunda üç gümüş medal qazandı

Dieqo Simeone İtaliyaya dönmək istəyir

Ömrü uzadan məşğuliyyətlər

Lyuis Həmiltondan karyerası ilə bağlı açıqlama

Tibb elminə həsr olunmuş ömür...