BQP-dən Xocalı faciəsi
ilə bağlı BƏYANAT

16:33 25-02-2022 | icon 703 | Siyasət
BQP-dən Xocalı faciəsiilə bağlı BƏYANAT

Onların beynəlxalq məhkəmələrdə cəzalandırılmasına yardımçı olun

 

30 il bundan əvvəl, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistanın nizami hərbi qüvvələri və Qarabağdakı azğın terror birlikləri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərində yalnız azərbaycanlı olmaları səbəbindən tarixdə misli görünməmiş vəhşlik və qəddarlıqla mülki insanlara qarşı dəhşətli soyqırım törədiblər. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i isə qoca olmaqla 613 nəfər ağlagəlməz vəhşiliklə qətlə yetirilib, 487 nəfər ağır yaralanıb, 1 275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin – aralarında 68 qadın və 26 uşaq var. Onların aqibətləri haqqinda bu günə kimi heç bir məlumat yoxdur.

 
 
Xocalı soyqırımı tarixi Azərbaycan torpaqlarına soxularaq, terroru özlərinə ideologiya seçmiş ermənilərin Azərbaycan xalqına qarşı bəslədikləri insanlıqdan kənar tarixi düşmənciliyin sübutudur. Bəşəriyyətə qarşı cinayət aktı kimi tanınan Holokost, Xatın, Oradur, Ruanda kimi genosid aktlarına bərabər olan bu amansız soyqırım hadisəsi yüz il bundan öncə ermənilərin Bakı, Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və Azərbaycanın digər ərzilərində törətdikləri faciələrin davamıdır.
 
 
Azərbaycan dövlətinin son illər həyata keçirdiyi ardıcıl və məqsədyönlü fəaliyyət nəticəsində Xocalı soyqırımının dünya miqyasında tanınması istiqamətində müəyyən nəticələr əldə olunub. Xüsusilə, 2008-ci ildə “Xocalıya ədalət” Beynəlxalq İnformasiya və Təşviqat Kampaniyasının təsis edilməsi atılan mühüm addımlardandır. Bu çərçivədə bir sıra ölkələrin parlamentlərində, o cümlədən, bəzi beynəlxaqlq təşkilatlarda və ABŞ-ın bir neçə ştatının qanunvericilik orqanında Xocalı soyqırımını rəsmən tanıyan qətnamələr qəbul olunub.
 
 
Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar və qanunlarla Xocalı faciəsi kimi soyqırımların pislənilməsinə, yolverilməz olduğunu qəbul edilməsinə, eləcə də aparılan uğurlu və məqsədyönlü fəaliyyətə baxmayaraq, insanlıq əleyhinə törədilən bu vəhşilik aktı hələ də Beynəlxalq səviyyədə soyqırım kimi tanınmır. Hesab edirik ki, bu istiqamətdə səylər daha da artırılmalı və Xocalı soyqırımının törədilməsində hər hansı formada iştirakı olan bütün cinayətkarların öz layiqli cəzalarını almaları yönündə təsirli addımlar atılmalıdır.
 
 
Silahlı Qüvvələrimizin 44 günlük Qarabağ Zəfəri ilə məlhəm olduğu, lakin Azərbaycan xalqının heç vaxt sağalmayacaq yarası-Xocalı soyqırımının qurbanlarının xatirəsini Böyük Quruluş Partiyası (BQP) olaraq dərin hüzn və sayğı ilə anır, onlara Allahdan rəhmət, yaxınlarına səbrlər diləyir, xalqımızın bir daha belə faciələr yaşamaması üçün daxili milli birliyin qorunmasına, beynəlxalq təşkilatları və dövlətləri isə üzərlərinə götürdükləri öhdəliklərə sadiq qalaraq Xocalıda törədilmiş soyqırımı rəsmən tanımağa, bu bəşəri cinayətdə əli olanların beynəlxalq məhkəmələrdə cəzalandırılmasına yardımcı olmağa çağırırıq.
 
 
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

Şuşanın Turşsu qəsəbəsinə köçün tarixi AÇIQLANDI

Azərbaycanda Ramazan bayramı münasibətilə namaz qılınıb

Gəncə idmanında yeni mərhələ

Xüsusi təyinatlıların təlimindən YENİ KADRLAR

Muradın 17 illik sevgi etirafı

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Ağırlıqqaldıranımız Dünya Kubokunda üç gümüş medal qazandı

Dieqo Simeone İtaliyaya dönmək istəyir

Ömrü uzadan məşğuliyyətlər

Lyuis Həmiltondan karyerası ilə bağlı açıqlama

Tibb elminə həsr olunmuş ömür...