Alimlərin yeni kəşf
Yer şüurlu varlıq ola bilər
Belə bir fərziyyəni Roçester Universitetinin (Nyu-York, ABŞ) astrofizikləri irəli sürüblər.
Onlar planetdə Yer kürəsinin şəxsiyyət xüsusiyyətlərinə malik olduğunu göstərən əlamətlər tapıblar.
Alimlər öz iddialarının əsası kimi hələ 1970-ci ildə britaniyalı klimatoloq Ceyms Lavlok və amerikalı mikrobioloq Lin Marqulis tərəfindən irəli sürülən Qeya hipotezini xatırladıblar. Bu fərziyyəyə görə, Yer fizioloji sistemdir və planetdəki bütün həyat özünütənzimləmə mexanizminə malik nəhəng superorqanizm olan Qeyanı əmələ gətirir.
Roçester Universitetinin astrofiziklərinin fikrincə, bu fövqəlorqanizmin də şüuru var.
Mütəxəssislərin fikrincə, indi planetar intellektin nə olduğunu və onun dünya üçün nə qədər əhəmiyyət kəsb etdiyini öyrənmək vacibdir.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"