Fransalı deputat ermənilərin Xocalı ilə bağlı yalanlarını İFŞA ETDİ

09:52 26-02-2022 | icon 319 | Siyasət
Fransalı deputat ermənilərin Xocalı ilə bağlı yalanlarını İFŞA ETDİ

“Xocalı hadisələri Azərbaycanın tarixində silinməz faciə olaraq qalır”.

 

Bunu açıqlamasında Fransa Milli Assambleyasının deputatı, Fransa-Azərbaycan dostluq qrupunun vitse-prezidenti Jerom Lamber bildirib. Onun sözlərinə görə, 30 il öncə Xocalı şəhərində baş vermiş cinayət insanlığa qarşı törədilmiş qətliamdır.

 

Fransız deputat, həmçinin bildirib ki, artıq Avropada erməni lobbisinin yaratdığı saxta mənzərədən əsər-əlamət qalmayıb:

 

“Əslində iki il bundan əvvələ qədər Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi qırğın Avropanın diqqətində deyildi. Amma Azərbaycanın qələbəsindən sonra Avropa iki ölkə arasında münaqişələri, tarixi araşdırmağa başlayıb. 1992-ci il fevralın 26-da Xocalıda törədilən qırğın Qərbi Avropada əhaliyə məlum deyildi. Ümumiyyətlə, Ermənistanla Azərbaycan arasındakı münaqişənin tarixi Avropa əhalisi tərəfindən diqqətdən kənarda qalırdı. Neçə illər ərzində Avropa əhalisinə erməni diasporunun beyinlərə yeritdiyi saxta məlumatlar verilib. Ermənipərəst lobbinin başlatdığı təbliğat erməni qoşunlarının törətdiyi cinayətlərin bütün izlərini silmək məqsədi daşıyırdı. Bunun üçün erməni lobbisi milyonlarla vəsait xərcləyib”, - Jerom Lamber Fransadakı erməni diasporunu ifşa edib.

 

Fransız deputat qeyd edib ki, Xocalı faciəsi və eləcə də Azərbaycanla bağlı həqiqətlər Avropa əhalisinə erməni lobbisi tərəfindən təhrif olunmuş formada çatdırılıb:

 

“Düzünü desəm, mən özüm də həqiqətləri, soyqırımı haqqında gec öyrənmişəm. Mən öz növbəmdə münaqişənin tarixini yalnız Fransa ilə Azərbaycan arasında əlaqələrlə maraqlanandan sonra öyrənə bildim. Sonradan mənə məlum oldu ki, Azərbaycan həqiqətləri erməni lobbisi tərəfindən gizlədilib və ya maskalanıb. Azərbaycanın qanlı faciəsi bizə Fransanın tarixini xatırladır. Bu soyqırımı 1944-cü ildə Fransanın Oradour-sur-Glane şəhərində kəndlilərin yaşadığı dramın bir növ təkrarıdır.

 

10 iyun 1944-cü ildə “SS Das Reich” diviziyası 643 kəndlinin qırğınına səbəb olub və bu, Fransanın qan yaddaşına çevrildi. Ona görə də mən başa düşürəm ki, Xocalı qətliamı Azərbaycan tarixində silinməz faciə olaraq qalır. Bu gün Xocalı faciəsi haqqında həqiqətləri Fransada çatdırmağa çalışırıq. Nitsa şəhərində Xocalı soyqırımı ilə bağlı tədbir təşkil olunacaq. Tədbirdə Azərbaycanlı dostlarla birgə dinc əhaliyə qarşı törədilmiş faciənin qurbanlarını anacağıq. Təbii ki, mən özüm də orada olacağam”.

 

Qeyd edək ki, ermənilərin Xocalı şəhərində törətdiyi soyqırımından 30 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə qarşı soyqırımı törədib:

 

Xocalı soyqırımı ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş ən böyük vəhşilikdir. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. /Modern.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı