30 il - XOCALI SOYQIRIMI və...

12:31 26-02-2022 | icon 4777 | Köşə
30 il - XOCALI SOYQIRIMI və...

 Dünyanın davam edən ƏDALƏTSİZ SİYASƏTİ...

TAHİRƏ QAFARLI

 

1992-Cİ İL, FEVRALIN 25-dən 26-a KEÇƏN GECƏ...

  

…erməni hərbi dəstələri keçmiş SSRİ-nin XOCALIDA yerləşən 366-cı alayının zirehli texnikası və hərbi heyətinin iştirakı ilə xaincəsinə Xocalıya soxuldu. Quldurlar şəhəri viran qoydu XOCALI camaatını - UŞAQ, QOCA, QIZ, GƏLİN, fərqinə varmadan qəddarlıqla öldürdülər, süngüdən keçirdilər…

 

XOCALI qızları, gəlinləri, oğlanları, kişiləri girov götürüldü, təhqir olundu, hər cür HƏQARƏTLƏRƏ məruz qoyuldular.

 

Xocalı, camaat nə günah işlətmişdi ki…

 

...Həmin gün XOCALI uşaqları ermənilərin azərbaycanlıların cəsədlərindən qaladıqları odda diri-diri yandırıldı. Hansı ki, sonralar erməni daşnaqları bu hadisələri fəxrlə öz kitablarında yazdılar…

 

…O gün Azərbaycan qadınları ərlərinin, qızlar atalarının, qardaşlarının gözünün qabağında zorlandı, hamilə qadınların qarmı yarılıb körpələri bədnlərindən çıxarıldı, öldürüldü yenidən ölmüş analarının qarınlarına tikildi, yandırıldı, başları kəsildi, dəriləri soyuldu, kişiləri axtalandı…

8 ailə tamamən məhv edildi... 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakin…

 

25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. 76-sı uşaq olmaqla, 487 nəfər yaralandı. 1275 nəfər əsir götürüldü. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil...

 

  

 

Bu DƏHŞƏTDİR...AĞLASIĞMAYAN, insanlığa utanc gətirən bir soyqırım cinayətidir...

 

“Soyqırım” sözü də bu erməni iyrəncliyinin, vəhşiliyinin qarşısında acızdir…

 

...Xocalılar danışır ki, ermənilər tez-tez kəndi atəşə tuturdular. Kənddə ermənilər də yaşayırdı. Amma ağıllarına belə gəlməzdi ki, belə bir hücum olsun...

 

Sağ qalan xocalılar deyirlər ki, əgər o vaxt qəhrəman igid oğullarımız olmasaydı heç bir nəfər də ordan sağ qurtarmayacaqdı...

 

Çox oğullarımız əliyalın olsalar da, canları bahasına döyüşdülər və kənd camaatının çox hissəsini xilas edə bildilər...

 

Xocalının müdafiəsində Azərbaycanın yeddi  Milli Qəhrəmanı iştirak edib. O döyüşlərdə Şöhrət Həsənov şəhid olub. Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov erməni polkovnik Vitali Balasyan vasitəsilə üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas edib...

 

 

 

...Kim idi Xocalının sakit həyatını cəhənnəmə döndərən iyrənclər... Əlbəttə ki, bu, indi də öz işğalçı iddialarından əl çəkməyən, başqasının torpağına, namusuna göz tikən erməni ÜZDƏNİRAQLARI, insanlıq adına utanc gətirən erməni vandalları idi...

 

Yaxşı, niyə indiyə kimi cəzasız qaldılar?!. Onları kim qoruyur, kim bəsləyir?!. Heç şübhəsiz, biz bunu bilirik. Gördük ki, erməni havadarları bu gün Ukraynanı dağıdan  "besmertnıy" Rusiya"nın hərb siyasəti və həmin o, "don kixod" Qərbdir...

 

...Həmin o qanlı GECƏ ermənilərin türkə-Azərbaycana olan potoloji, əsassız nifrəti öz sərhədlərini aşdı. Türkün nəslini kəsmək hərisliyi ilə Xocalıda bütün pisliklərini ortaya qoydular.

 

Bu gün O dəhşətli cinayəti törədənlərə ən ağır, ən iyrənc adın tapılıb deyilməsində belə acizlik çəkirəm...

 

Erməni- insanabənzər hansısa bizə məlum olmayan  iyrənc viruslu hüceyrənin müəyyən bir formaya salınmış lənətlənmiş quruluşudur- desəm, bəlkə doğru olar. Və onu “yaradan” güclər ondan xarakterinə görə istənilən iyrənc əməllərdə  istifadə edirlər... Əks halda  bu günə qədər Azərbaycan ərazilərində işğal, terror, soyqırım, qətliamlar törədən  residivist  erməni cinayətkarları bəşəriyyətin, dünyanın, sivil cəmiyyətlərin xilası, sülh naminə çoxdan böyük məhkəmələrə çıxarılıb, məhkum edilərək hər kəsə görk edilmişdi...

 

...Edilmədi və baxın, bu pislik Ukraynada da cücərdi...

 

…Erməni daşnaqları belə qırğınları tarixin müəyyən dövrlərində törədiblər. Həm də təkcə Azərbaycan türklərinə qarşı deyil, yəhudilərə, ruslara, talışlara, ləzgilərə - bütövlükdə bu torpaqda yaşayan hər kəsə.... Biz ermənilərin Qubada saldığı kütləvi məzarlığın üzərini bu yaxın illərdə qapadıq...Amma unutmadıq...

 

Xocalı soyqırımı yaxın tariximizdə törədilib. Bu gün də işğaldan azad olunmuş torpaqlarımızda ermənilərin  azərbaycanlıları qırıb gizlətdiyi  kütləvi məzarlar aşkar edilir. 

 

Bir azdan isə 1918-ci ildə ermənilərin öz havadarlarının diqtəsi, köməyi ilə Azərbaycanda törətdiyi 31 mart soyqırımının tarixinə nəzər salacağıq...

 

...Bu gün  çox da keçmişə qayıtmadan  30 il ərzində İşğal edilmiş ərazilərimizdə törədilən  erməni qırğınlarını, dağıntıları, Xocalıda törətdikləri soyqırımı Beynəlxalq Məhkəməyə çıxartmağımız üçün meydanda kifayət fakt və dəlillər var... Bunu insan hüquq və azadlıqlarından dəm vuran, Avropa, Qərb təşkilatları, maddi-mədəniyyət abidələrinin qoruyucuları olan Yunesko, İsesko kimi təşkilatlar çox gözəl bilir.

 

Amma susur...susduqca da erməni və onun kimi qana həris siyasətçilər, dövlətlər daha da vəhşiləşir, azğınlaşır.  Ölüm, dağıntılar, xəstəliklər o İBLİSLƏRİN yaşamaları üçün səbəbə çevrilir...

 

 

 

…Düz 30 ildir Azərbaycan insanı öz sərhədləri daxilində, öz torpağında qaçqın, köçkün kimi yaşayır… Eyni zamanda vaxtilə haralardansa gətirilib ərazilərimizdə məskən salan erməni faşistlərinin  zülmü, separatizmi, işğalı ilə də üz-üzədir. İllərdir Azərbaycan dövləti dünyadan ədalətin bərpa olunması üçün kömək istəyir və indi də haqqının qorunacağını gözləyir.

 

Amma öz hüquq və ohtəliklərini tanımayan dövlətlər “hüquq nədir” bilmək istəmir…

 

Azərbaycan bu 30 ildə öz insanının, torpağının, tarixinin haqqını dünyada qorumaq, dəstək almaq üçün çabalar edir. Ermənilərin bu 30 ildə törətdiyi dağıntıları, qətilləri faktlarla təqdim edir.  Amma gözü kor dünya birlikləri öz maraqlarını hər şeydən üstün tutaraq ədalətə, insan haqlarına göz yumurlar… Bu azmış kimi işğalçıya maliyyə dəstəyi verirlər... 

 

…Bu ədalətsiz yanaşmadan “pərvazlanan” Rusiya kimi hərbi gücünə güvənən dövlət indi də heç bir haqqı tanımadan Ukraynada müharibə aparır, insanları qırır, məhv edir.

 

Budur dünyanın əsl siması!

 

Hanı Qərbin, Avropanın ədaləti dəstəkləyən siması!

 

Biz Azərbaycan xalqı olaraq bu 30 ildə O ədaləti çox aradıq, axtardıq. Amma hələ də onu "krallarda"  tapa bilmirik..

 

Dünyada baş verən heç bir cinayət hadisəsi Xocalını təkrar edə bilməz...

 

O zaman Ermənistanın Azərbaycan ərazilərini işğal edən, öldürən, cinayətkarları niyə hələ də azadlıqda gəzir?!.

 

Niyə Azərbaycanın ərazilərinin tam bərpa olunmasına maniələr var?!.

 

Niyə Avropa, Qərb, Rusiya hər bir vasitə ilə ölkəmizi özündən asılı vəziyyətdə saxlamağa çalışır?!.. Hətta Avropa Parlamenti, ABŞ, Fransa bu gündə ölkəmizi etməni cinayətkarı qarşısında haqsız duruma gətirməyə çalışırlar. Bu böyük ƏDALƏTSİZLİKDİR!..

 

Bəli, biz gənc Azərbaycan müstəqil respublika, tolerant, multikultural dəyərlərə önəm verən, humanist, sülhsevər xalq, millət olaraq dünya siyasilərinin ədalətinə ümid edirdik.  Bu gün də haqqımızı insan hüquqları, beynəlxalq hüququn qorunması, dövlətlərin toxunulmazlığı, milli, maddi-mədəniyyət abidələrinin qorunması və sair ÖHTƏLİKLƏRİ olan dövlət və təşkilatlardan tələb edirik ki, öhtəliklərini icra et, “Xocalı soyqırımını tanı və ədaləti bərpa et!”

 

Biz dünyaya "Azərbaycanın haqlarını tanı!" – deyirik. Və bəyan edirik ki, əks halda, Sənin dünyanı dağıtmaq üçün hazırladığın O "sirkə" öz "qabını" məhv edəcək!.. Buna da hazır ol!

 

…Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də əks – hücuma keçərək işğalçı erməniləri torpaqlarımızdan qovdu. Deyə bilərik ki, Xocalının və digər rayonlarımızın qisasını aldıq. İşğalçıya qarşı 44 günlük Vətən  Müharibəmiz haqqı pozulan, dünyanın laqeyid qaldığı erməni cinayətlərinə, işğalına qarşı bir millətin, xalqın, dövlətin verməli olduğu layiqli cavab idi. Azərbaycan özü haqqını düşməni, işğalçını qoruyan ədalətsiz dünyadan güclə alır. Lakin hələ də ölkəmizə qarşı "niyə işğalçını öz torpağından çıxardın, niyə zülmə baş əymədin" məntiqi ilə həyasız təzyiqlər davam edir.

 

Biz gördük ki, heç kəs gəlib bizə öz torpaqlarımızda ədaləti bəxş etməyəcək. Heç kəs bizi qorumayacaq. Həmin o Rusiyadır ki, indi də Qarabağda bir sıra rayonlarımızda məskən salıb və erməniləri yenidən o yerlərə köçürdür. Guya sülhü qoruyur. Əslində yenə də erməni işğalına zəmin hazırlayır. Yenə də erməni köpəkləri Xocalıda, Xankəndində, Ağdərədə, Laçında sərbəst gəzir. Bu qəbul olunmazdır. 

 

Xocalının, torpağımın hər qarışında tökülən Şəhidlərin qanı sona qədər alınmalıdır. Hələ də ruhumuzla tam azad deyilik.  Dünyanın bizim torpağa ikilistandartları davam edir. Bu fakt və reallıqlar Azərbaycan xalqından bir Yumruq olmağı tələb edir. Azərbaycan yalnız özünə güvənməli və haqqını qorumalı, bərpa etməlidir.

 

"Xocalıya ədalət" tələbini real vəziyyətə uyğun bütün istiqamətlərə daşımalıyıq. Dünya gücümüzü görməli, bilməlidir! Çünki bu günün reallığında beynəlxalq hüququn yox, gücün sözü keçir.

 

 

Haqqımızı qorumaq üçün öz ÖHTƏLİYİMİZİ UNUTMAMALIYIQ!

 

XOCALINI UNUTMADIQ!

 

SOYQIRIM VƏ İŞĞALLARI UNUTMADIQ!

 

DÜNYANIN İKİLİSTANDARTLARINI Unutmadıq!

 

...Səni  UNUTMADIQ sərhəddən o tayda qalan əziz,  ana torpağım!..

 

İnanıram ki, Vətənə mübarizlik əzmi verən, ruhunu dirçəldən qəhrəman əsgərlərimizin, Şəhidlərimizin başladığı ZƏFƏR YOLU sona qədər tikiləcək!..

 

 

Allah Torpaq uğrunda canını qurban verən bütün Şəhidlərimizə rəhmət eləsin.

 

Allah Xocalı Soyqırımı qurbanlarına rəhmət, Xocalıya tam Azadlıq nəsib etsin! AMİN…

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı