Çeçenlərin hədəfi Zelenskini ələ keçirməkdir

15:05 26-02-2022 | icon 694 | Geopolitika
Çeçenlərin hədəfi Zelenskini ələ keçirməkdir

Turan Rzayev: "Kreml yeni etnik münaqişənin əsasını qoyur"

 

Çeçenistan rəhbəri Ramazan Kadırov sosial şəbəkə hesabında Qroznıda 12 mindən çox döyüşçü Ukraynada əməliyyatlara könüllü qatılmağa və istənilən çətin tapşırıqları yerinə yetirməyə hazır olduğunu bildirib. Bu gün isə bir qrup çeçen könüllünün Ukrayna əməliyyatına qatılmaq üçün yola düşdüyünü əks etdirən görüntülər yayılıb. Rusiya çeçenlərin müharibəyə cəlb olunması ilə nəyə nail olmağa çalışır?

 

 

Politoloq Turan Rzayev Versus.az-a şərhində bildirib ki, Rusiya Prezidenti Vladimir Putin çeçenləri Ukrayna müharibəsinə cəlb edərək iki məsələyə nail olmaq istəyir:

 

"Birincisi, çeçenlərin qarşısına qoyulan əsas hədəf Ukrayna Prezidenti Vladimir Zelenski və mövcud Ukrayna hakimiyyətində Zelenskini əvəzləyə biləcək ehtimal şəxsləri ən qısa zamanda ələ keçirmək, lazım gələrsə öldürməkdir. Kadırovun “12 mindən çox döyüşçü Ali Baş Komandan Vladimir Putindən ən çətin tapşırıqların icrası üçün əmr gözləyir” sözləri də bunu təsdiq edir. Mümkündür ki, Kadırovun qeyd etdiyi ən çətin tapşırıq məhz Ukrayna Prezidenti Zelenskini aradan götürməkdir. Zelenski hazırda Ukrayna və onun xalqı üçün kilit şəxsidir. Aydın məsələdir ki, onun ölümü Ukrayna xalqının müqavimətini və qələbəyə olan inamını sarsıda bilər. Digər tərəfdən Zelenskinin öncə Putinlə danışıqlar masasına otumaq təklifi irəli sürüb, daha sonra Qərbin dəstək sözünə etimad edib bundan imtina etməsi də Kremli qəzəbləndirib. Nəticə etibarilə Kreml çeçenlərin qarşısında ilk vəzifə kimi Prezident Zelenskini ələ keçirmək və ya öldürməyi qoyub.

İkincisi, Putin Ukraynanın Rusiya-Çeçenistan müharibəsində çeçenlərə verdiyi dəstəyi yaxşı bilir. Rusiyada yaşayan digər respublikaların deyil, məhz çeçenlərin prosesə cəlb edilməsi iki xalq arasında müharibə sonrasıda davam edəcək etnik gərginliyin zəmini yaradacaq. Çeçenlər Ukraynada sivil vətəndaşlara silah açsa, radikal islamçı davranışlar sərgiləsə, teorr aktı həyata keçirsə bu iki xalq arasında uzun illər davam edəcək etnik nifrətin əsasını qoyacaq". 

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol