“Söyüşlər, təhqirlər, həbslər köhnə ildə qalsın”

21:30 29-12-2018 | icon 780 | Siyasət
“Söyüşlər, təhqirlər, həbslər köhnə ildə qalsın”

 

Razi Nurullayev: “Partiyaların yeni davranış və təcrübəsindən danışmaq gülünc görün

 

 

“2018-ci il növbədənkənar Prezident seçkilərinin keçirilməsi ilə yadda qaldı və mənim də ali seçkilərdə ilk iştirakım oldu. Bu faktın özü bizim üçün çox önəmlidir və gələcək planlarımızın aydınlaşmasında mühüm rol oynadı”.

 

Bunu Versus.Az-a başa vurmaqda olduğumuz ilin xülasəsindən danışan AXCP sədri Razi Nurullayev bildirib. Partiya sədri bununla yanaşı Azərbaycanın siyasi həyatında ciddi dəyişikliklərin baş vermədiyini vurğulayıb:

 

“İliyinə qədər sosial bəla qurumu”

 

“Siyasi həyata daha çox söyüş və təhqir elementləri daxil edilib. Demək olmaz ki, siyasi hakimiyyət də davranışlarında müxtəliflik və dəyişiklik yaradıb. Əslində, heç nə dəyişməyib. Yeganə müsbət dəyişiklik yeni nazirlərin təyin edilməsidir ki, onların fəaliyyətləri nəticəsində işlədikləri sahələrdə müsbətə doğru irəliləyişlər sezilir. Sosial müdafiə nazirliyində müsbət addımlar atıldığını və şəffaflıq yaradılması üçün nələrsə edildiyini görürük. Əfsuslar olsun ki, bu qurum o qədər bataqlığa batıb, əhalinin sosial müdafiəsi yox, əhalinin bəlasına çevrilən bir yer olub ki, yeni nazir onu yaxın müddətdə tam təmizləyə bilməyəcək. Bu qurum sosial müdafiə yox, iliyinə qədər sosial bəla qurumuna çevrilib. Mən yeni nazirə uğurlar və səbr arzulayıram. Hesab edirəm ki, heç də hər şey onun iradəsindən asılı deyil.

 

Razi Nurullayev qeyd edib ki, Dövlət Miqrasiya İdarəsində isə kifayət qədər şəffaflıq yaradıldığını demək olar:

 

“Bunu səfərlərə gedib gələn zaman da öz üzərimzidə hiss edə bilərik. Sosial şəbəkələrdən də görürəm ki, xidmət rəisi vətəndaşların sual və narahatlıqlarına birbaşa özü cavab verir. Bu, nümunəvi davranışdır və qiymətləndirlməlidir”.

 

AXCP sədəri vurğulayıb ki, Kənd Təsərrüfatı Nazirliyi də demək olar ki, tam şəffaflaşmağa doğru gedir:

 

“İnkişafın önündə kötük kimi dayanırlar”

 

“Hələ də orada kök atmış və hansısa yüksək çinlərə söykənən məmurlar var ki, inkişafın önündə kötük kimi dayanırlar. Amma deməliyik ki, rayonlar səviyyəsində nümunəvi inkişaf mərkəzləri yaradılıb və rayonlarda yaşayan qohum-əqrəba vasitəsilə çox müsbət sözlər eşidirəm. Açığını desəm, bu sahədə baş verən müsbət dəyişikliklər məni çox sevindirir. Çünki əhalinin böyük bir hissəsi bu sahədə çalışır”.

 

Partiya sədri təəssüflə bildirib ki, təhsil sahəsində müsbət dəyişikliklədən çox danışmaq mümkün deyil:

 

“Mən bu qurumu cəmiyyətə bağlı və qeyri-şəffaf hesab edirəm. Təhsilin bu səviyyədə yarıtmaz olması millətin gələcəyini təhlükəyə məruz qoyur. Məktəb qurtaran məzunların mədəni səviyyəsi, bilik dərəcəsi, estetik tərbiyəsi və dünyagörüşü çox aşağıdır. Çünki məktəblərin adı qalıb. Təhsil sahəsində ciddi korrupsiya əməlləri mövcuddur. Vətəndaşlarımızın yüksək yeni il əhvali-ruhiyyəsi yoxdur. Cəmiyyətdə varlılar və kasıblar arasında ciddi uçurum var. Ya çox varlılar var, ya da çox kasıblar. Bu təbəqələşmə cəmiyyətimizi məhvə aparır”.

 

R.Nurullayevin sözlərinə görə, iş yerlərinin məhdud olması, əmək haqlarının azlığı, sosial xidmətlərin əlçatan olmaması və bu sahədə hökm sürən ədalətsizlik insanların bayram ruhiyyəsini öldürüb:

 

“Açığını deyək ki, bizdən fərqli olaraq xalq inamını itirib və yeni ildə də çox problemlərin düzələcəyinə ümid bəsləmir. Vətəndaşlarımızın xeyli hissəsi yeni ilə “Azəriqaz”ın xalqa düşmən münasibəti ucbatından qazsız gedir və yeni ili donaraq qarşılayacaq.

Sosial problemlər çoxdur və onları deməkdən yorulmuşuq. Bu sahədə cidddi həbslər və araşdırmalar həyata keçirilməlidir”.

 

Siyasi partiyaların hansı davranış və təcürbə ilə yeni ilə keçid edəcəyinə gəlincə, partiya sədri vurğulayıb ki, siyasi partiyaların yeni davranış və yeni təcrübəsindən danışmaq gülünc görünə bilər:

 

“Qoy yaşasınlar, fəaliyyət göstərsinlər…”

 

“Dəyişən bir şey yoxdur. Dediyim kimi, siyasətdə Avropada yaşayan bir sıra mühacirlər tərəfindən söyüş və təhqir elementləri dirildilib. Bu elementlər 1990-cı illərdə və 2000-ci illərin lap əvvəllərində olmuş və qapadılmışdı. Əfsuslar olsun ki, bu murdar işə yeni murdar nəfəs verilib. Təhqirin və söyüşün iki üzü var. Onu edənlər bilməlidir ki, dedikləri yüz faiz həm də özlərinə dönür. Onlardan ruh və yeni nəfəs alan yüzlərlə tanınmayan murdar və əxlaqsız söyüş söyənlər də var ki, məni də təhqir və söyüşlərə məruz qoyurlar. Onlar nə qədər it kimi hürsələr də, bilsinlər ki, xalq onların var-yoxunu və bütün cinslərini min dəfə daha ağır söyüşlərə məruz qoyur. Qoy öz yaxınlarından və ailə üzvlərindən soruşsunlar ki, gecələr nə yuxular görürlər? Bilsinlər ki, onların söyüşlərini yaxınları yuxularında reallıq kimi yaşayırlar.

 

Söyüşlər, təhqirlər, həbslər və mərdimazarlıqlar köhnə ildə qalsın. Yeni ildə saflaşaq və durulaşaq. Qoy xalqımız daha gözəl və rifah içində yaşasın.

Hakimiyyət ölkədə sosial və siyasi ədaləti bərpa etsin. Yaxşı olardı ki, bütün siyasi məhbus kimi adlandırlan və ictimai əsayiş üçün təhlükə kəsb etməyən hər kəs azadlığa buraxılsın və yeni ili öz ev-eşiklərində yaxınları ilə birlikdə qarşılasınlar”.

 

Bizim “yeni ildə adətən köhnə əşyalar təzələnir. Bu adəti siyasilərə şamil edərsək kimlərin 2018-ci ildə qalmasını istərdiniz” sualımıza cavab olaraq “mən bu adətin canlılara şamil edilməsini istəməzdim” deyən Razi bəy, “qoy yaşasınlar, fəaliyyət göstərsinlər və ədaləti heç zaman unutmasınlar” dedi:

 

“Qoy onlar özləri içlərindəki umu-küsünü, kini, ədavəti və qara fikirləri köhnə ildə qoyub, təzə ilə saf və pak hisslərlə keçsinlər”.

 

P.S. Biz də Versus.Az olaraq Razi Nurullayevin timsalında yeni AXCP-çiləri 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibətilə təbrik edir, cansağlığı arzulayırıq. Hər zaman tutduğunuz Azərbaycançılıq yolu ilə uğurla irəliləmənizi arzulayırıq!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol