“Freedom House”dan növbəti QƏRƏZ

15:33 26-02-2022 | icon 545 | Siyasət
“Freedom House”dan növbəti QƏRƏZ

Ermənipərəst təşkilatın fikrincə, Ermənistan Türkiyədən azad ölkə imiş

 

Ermənipərəst təşkilatın hesabatında hətta Monqolustan azad ölkə kimi göstərilir; ekspert: “Bu, artıq heç bir nüfuzu olmayan qurumdur və obyektiv yanaşma ortaya qoymadığı təsdiqlənib...”

 

Versus.az "Yeni Müsavata" istinadən xəbər verir ki, ABŞ-da mənzillənən “Freedom House” təşkilatı “Dünyada Azadlıq 2022" hesabatında Azərbaycanı ”qeyri-azad" ölkələr siyahısında göstərib. Bu qərəzli qurum hər hesabatında bizi “qara siyahı”da görür.

 

“Qeyri-azad” ölkələr kateqoriyasında Azərbaycanla bərabər daha 56 ölkə var. Əfqanıstan, Əlcəzair, Anqola, Bəhreyn, Belarus, Bruney, Burundi, Çad, Kuba və bir sıra başqa ölkələr də “qeyri-azad” sayılıb. Amma Ermənistan və Gürcüstan “qismən azad” ölkələr kateqoriyasına düşüb.

 

Göstəricilərinə görə indiyədək öndə gedən Gürcüstanın durumu bu il zəifləyib. Bildirilir ki, bu ölkədə  jurnalistlər, LGBT fərdləri, müxalifət tərəfdarları artan təhdid və zorakılıqla üzləşib. Sıralamada Cənubi Sudan və Suriya 1, Türkmənistan 2 bal toplayıb, Eritreya və Şimali Koreya 3, Belarus isə 8 bal yığıb. Azərbaycanın balı isə 9-dur. Liviya, Yəmən də Azərbaycan kimi 9 bala sahibdir.

 

Məsələn, Monqolustan, Andorra, Argentina, Avstraliya, Çexiya Respublikası, Avstriya, Barbados, Belçika, Braziliya, Kanada, Çili, Xorvatiya, Danimarka, Ekvador, Dominikan Respublikası, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, İsrail, Yaponiya və s. bir xeyli ölkə “azad” kateqoriyasına düşüb. Amma maraqlıdır ki, Monqolustanın azad, Ermənistanı qismən azad ölkə sayan təşkilat Türkiyəni belə qeyri-azad ölkə hesab edib. Belə çıxır, hələ də beynəlxalq hüquqa tüpürən və Azərbaycanla sülh müqaviləsi imzalamaqdan israrla yayınan Ermənistan qardaş Türkiyədən də demokratik ölkə imiş. Belə bir nonsens...

 

Bu da təəccüb doğurmur. Çünki bu təşkilatdan daha əvvəl ABŞ prezidenti Co Bayden təşkil etdiyi “demokratiya sammiti”nə Türkiyə və Macarıstan kimi ölkələri dəvət etməmişdi, amma İraq, Konqo kimi dövlətləri çağırmışdı. Belə münasibət sərgiləyən Amerika dövlətindən sonra Qərb təşkilatının da yanaşması təsadüfi deyil. Halbuki Türkiyə demokratiya mövzusunda kifayət qədər inkişaf etmiş öıkədir: azad iqtisadiyyatı var, parlamentdə müxalifət təmsil olunur, böyük şəhərlərin bələdiyyəsi müxalifətin idarəçiliyindədir, media son dərəcə azaddır, ölkədə şəffaf seçkilər keçirilir, indiyə qədər seçki saxtakarlığı ittihamı ilə üzləşməyib, heç bir təşkilat Türkiyədə seçkilərin nəticələrini şübhə altına almayıb, yəni qardaş ölkədə insan azadlıqları sahəsində nə qədər problemlər olsa belə, Ermənistanla müqayisə edilə bilməz.

 

Qarabağda partizan hərəkatı yaradılacaq? - Politoloq Xəyal Bəşirov CANLI  yayında...

 

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov bildirib ki, “Freedom house” kimi təşkilatların Azərbaycana qarşı həmişə qərəzli olduğunu bilirik.

 

"Bu təşkilatlar ayrı-ayrı maraqlara xidmət edir, hansısa dairələrin arzularını ifadə edir. İndi Azərbaycana göstərilən qərəzli münasibəti Türkiyəyə də nümayiş etdirirlər. Türkiyə Azərbaycana Qarabağ məsələsində dəstək olub. Ona görə də ”Freedom house"un qərəzinin “məntiqi” başadüşüləndir. Amma Avropa Birliyi də görür ki, Türkiyədə hər zaman seçkilər şəffaf keçirilir. Ermənistanın təcavüzkar, insan hüquqlarına hörmətsizlik edən, regionda sülhə təhdid yaradan bir dövlət olduğunu hamı bilir. Bu ölkə soyqırımı törədib, 44 günlük müharibədə mülki əhalini bombalayıb, hansı insan haqlarından, azad ölkədən söhbət gedir?"

 

X.Bəşirov qeyd etdi ki, Baydenin “demokratiya sammiti”nə də Azərbaycan və Türkiyə dəvət olunmamışdı, amma Ermənistan iştirak etmişdi.

 

“Yəni bu qərəzli münasibət göz qabağındadır. Hərçənd ki, Ermənistanın işğalçı siyasətinə qarşı 30 il ərzində heç bir təzyiq göstərilməyib. Ona görə ”Freedom house" kimi təşkilatlara insan hüquq və azadlıqları deyil, öz  maraqları vacibdir. Türkiyə rəhbərliyi dünyada haqsızlıqlara hər zaman etiraz səsini ucaldıb. Ərdoğan bildirib ki, dünya 5-dən böyükdür, yəni BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinə verilən mesajdır. Təbii ki, belə mövqe sərgiləyən dövlətin müstəqil siyasətinin qarşısına belə qərəzli siyahılarla çıxırlar".

 

Ramiyə Məmmədova: "Hazırkı vəziyyətdə Türkiyə ABŞ-dan yox, əksinə, ABŞ  Türkiyədən asılıdır" - KAFKASSAM - Kafkasya Stratejik Araştırmalar Merkezi

 

İstanbulda yaşayan siyasi şərhçi Ramiyə Məmmədovanın sözlərinə görə, Türkiyənin bu siyahıya salınması təsadüfi deyil.

 

“Ərdoğan hakimiyyətinə qarşı artan təzyiqlər fonunda bu hesabat hazırlanıb. ”Freedom house" artıq heç bir nüfuzu olmayan təşkilatdır və obyektiv yanaşma ortaya qoymadığı təsdiqlənib. Türkiyəni qeyri-azad ölkə adlandırmaq o dərəcədə absurddur ki, yəqin təşkilatın öz nümayəndələri də buna inanmırlar. O baxımdan hesabat biabırçılıqdır. Üstəlik, Barbados Monqolustan kimi dövlətləri azad ölkə adlandırmaq yalnız gülüş doğura bilər.

Ermənistana gəldikdə, bu ölkədə demokratiyanın inkişafı yoxdur. Sadəcə, Paşinyan hakimiyyətinə növbəti dəstəkdir. Bundan az öncə də Soros Ermənistanda iqtidar QHT-lərinə qrant ayırıb. Bütün ölkələrdə Soros müxalifəti maliyyələşdirir, İrəvanda isə iqtidara yaxın təşkilatları. Bu mənada “Freedom house”un bu hesabatının haradan qaynaqlandığını müəyyən etmək mümkündür".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI