Ağcaqanadların yeni xüsusiyyətləri
Ağcaqanadların mikroplastik daşıyıcısı olduğu ortaya çıxıb.
Rusiyalı alimlər bu qənaətə gəliblər.
Tomsk Dövlət Universiteti Bioloji İnstitutunun mütəxəssisləri ağcaqanadların mikroplastiklərə dözümlülüyünü qiymətləndiriblər.
Tədqiqatda sarı zökəm ağcaqanadları iştirak edib.
Alimlər ağcaqanadların mikroplastikləri toplaya və onu su anbarından başqa mühitə keçməsinə təsir göstərə biləcəyini sübut ediblər.
Təcrübə zamanı məlum olub ki, rəngli polistirol (ağcaqanadların qidasına əlavə edilən polimer) həşəratların bağırsaqlarında toplana bilir. Başqa sözlə, mikroplastiklər qida ilə qəbul edildikdə, ağcaqanadların bədənində çox miqdarda toplanır və onları daşıyıcıya çevirir.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"