"Azərbaycanın Ukraynaya humanitar yardımı Rusiyaya qarşı siyasət deyi"

10:09 28-02-2022 | icon 338 | Siyasət
"Azərbaycanın Ukraynaya humanitar yardımı Rusiyaya qarşı siyasət deyi"

Fuad Əliyev: "Bu müharibədə diplomatik siyasətimizi düzgün qurmuşuq"

 

“Azərbaycan Prezidentinin Ukraynaya humanitar yardım göndərməsi heç də Rusiya dövlətinə qarşı yönəlmiş siyasət deyil. Bu, dost ölkəyə müharibə dövründə dəstək idi. Biz 30 il işğala məruz qalmışıq, müharibənin bütün faciələrini yaşamışıq, belə bir ədalətsizliklə qarşılaşmış ölkənin Ukraynaya kömək etməsi insani bir davranışdır”.

 

Versus.Az xəbər verir ki, bu sözləri Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev deyib.

 

Onun sözlərinə görə, Azərbaycan Rusiya və Ukrayna arasında vasitəçilik rolu oynamalı, hər iki ölkə ilə münasibətləri inkişaf etdirməlidir. Partiya sədri hesab edir ki, bu məsələdə Türkiyə də barışdırıcı missiyanı yerinə yetirməlidir:

 

“İki qardaş ölkə olan Türkiyə və Azərbaycan iki qardaş xalqları, slavyan xalqlarını barışdırmaq, müharibəni dayandırmaq üçün sülhpərvər mövqedən çıxış etməlidirlər. Düşünürəm ki, Qərb-Rusiya qarşıdurmasından iki slavyan xalqı əziyyət çəkməməlidir. Rusiya və Ukrayna arasında heç zaman tarixi düşmənçilik olmayıb. Bu gün NATO-nun şərqə doğru genişlənmək planı ucbatından iki xalq bir-birinə atəş açır. O baxımdan Azərbaycan bu müharibədə diplomatik siyasətini düzgün qurub, hər iki ölkə ilə münasibətləri inkişaf etdirir”. /TİA.Az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin