“Yalnış hesabat rus birləşmələrinin daha açılmadan məhv edilməsi ilə nəticələndi”

14:44 28-02-2022 | icon 523 | Geopolitika
“Yalnış hesabat rus birləşmələrinin daha açılmadan məhv edilməsi ilə nəticələndi”

Ruslan İmamquliyev: “Psixoloji müharibədə də tam üstünlük Ukraynadadır”

 

Artıq Rusiyanın fevralın 23-dən Ukraynaya başlanan hərbi müdaxiləsinin ilk həftəsi bitir. Yüksək hərbi gücə malik olan Rusiya Ukrayna üzərindəki hərb siyasətini istədiyi kimi sürətləndirə bilmir.

 

Nə baş verir: Rusiya-Ukrayna müharibəsində mövcud vəziyyət nədir?

 

Versus.az xəbər verir ki, tanınmış hərbi ekspert, M5 Müdafiə və Strategiya jurnalının regional rəhbəri Ruslan İmamquliyev şərhində Rusiya-Ukrayna savaşı ilə bağlı təhlillər apararaq bir neçə əsas nüansın üzərində dayanıb.

 

R.İmamquliyev qeyd edib ki, Rusiyanın hücum edən və Ukraynanın müdafiə olunan tərəf olduğunu və iqlim, ərazi, süni əngəllər, qüvvə nisbətini nəzərə alaraq demək olar ki, əməliyyatları davam etdirə bilmək üçün Rusiyanın əlavə qoşunlar cəlb etməsinə ehtiyac var. Amma mövcud vəziyyətdə ölkədaxili etirazlar səbəbi ilə bunu etməsi mümkünsüz görünür. Hətta bu səbəblə KTMT-yə üzv dövlətlərdən dəstək almaq istəyə bilər. Bunun üçün isə səbəblər yaratmaq təcrübələri keçmişdən bilinməkdədir.

 

Hərbi ekspert bildirib ki, Rusiyanın hücum əməliyyatlarının ilk günündə havada üstünlük qazana bilməməsi əməliyyatların gedişatını dəyişdi:

 

“Rus qoşunlarının döyüş sahəsində iri kolonlarla hərəkət etməsi daha öncədən hava üstünlüyünün onlarda olacağına kəsinliklə əmin olduqlarına hesablanması ilə bağlıdır. Amma bu faktor üzərində yalnış hesabat aparılması rus birləşmələrinin daha açılmadan məhv edilməsi ilə nəticələndi”.

 

R.İmamquliyev Döyüş Sahəsinin Kəşfiyyat Hazırlığında Ukraynanın NATO-dan gələn kəşfiyyat məlumatları ilə dəstəklənməsini önəmli bir üstünlük kimi önə çəkib. Eyni zamanda, bir neçə əsas faktora diqqət çəkib:

 

“Rus ordusunun auftragstaktik (mission command) nəzəriyyəsi əsasında idarə olunması zəif olduğu üçün geniş cəbhədə qoşunların idarə olunması tamamən nəzarətdən çıxmış vəziyyətdədir. Rus ordusu əsasən mərkəzləşdirilmiş idarə etməyə görə yetişdirilib. Ukrayna ordusu isə bu faktoru psixoloji əməliyyatlarla tənzimləməkdədir.

NATO-nun radio elektron mübarizədə verdiyi dəstəklə Rusiyanın qoşunları idarəetmədə rabitə vasitələrinin istifadə edilmə imkanı ciddi dərəcədə məhdudlaşdırılmışdır. İnformasiya Müharibəsində üstünlük tamamən Ukraynanın lehinədir və kontrol edilir şəkildə idarə olunmaqdadır.

Döyüşən tərəflərdən Ukrayna Prezidentinin yaxın ətrafı və generalları ilə bərabər döyüş sahəsində olması və bunu kütləvi informasiya vasitələri ilə göstərə bilməsi psixolojik müharibədə tam üstünlükdür. Daha çox faktorlar üzərindən fikir yürütmək mümkündür. /hafta.az/

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ermənistanın buqələmun siyasəti

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI