ADP Azərbaycan hakimiyyətinə SƏSLƏNDİ

15:21 28-02-2022 | icon 263 | Siyasət
ADP Azərbaycan hakimiyyətinə SƏSLƏNDİ

“İkitərəfli müqaviləni ləğv edin, işğalçı Rusiyanın yanında yer almayın”

 

 

Bu gün ADP-nin İdarə Heyətinin toplantısında Rusiya və Azərbaycan arasında bağlanan “Müttəfiqlik Bəyannaməsi” ətrafında müzakirələr və bəyannamənin müddəaları üzrə geniş təhlil aparıb.

 

Versus.Az xəbər verir ki, partiya rəsmiləri Putin Rusiyasının Ukrayna xalqına qarşı apardığı işğalçılıq siyasətinin gündəmə gətirildiyi, onun suverenliyi, ərazi bütövlüyünü təhdid etdiyi, bölgədə, eləcə də dünyada sülhə və təhlükəsizliyə qorxunc təhlükə yaratdığı, postsovet ölkələrini imperiya iddiaları ilə hədələdiyi, bundan əvvəl bağlanmış üştərəfli müqavilə üzrə Qarabağdan Ermənistan silahlı qüvvələrinin, terrorçu qrupların çıxarılmasında aktiv iştirakı ilə bağlı üzərinə götürdüyü öhdəliklərdən yayındığı bir vaxtda Azərbaycan hakimiyyətinin bunları nəzərə almadan adı çəkilən dövlətlə ölkəmizin strateji maraqlarına uyğun olmayan belə bir müqavilənin bağlanmasını Azərbaycan xalqının irədəsinə zidd olan fakt kimi dəyərləndirib və hakimiyyəti xalqımızı sivil dünya ilə üz-üzə qoyan, onu demokratik dünya alyansından təcrid edən ikitərəfli müqaviləni ləğv etməyə, aqressiv, işğalçı Rusiyanın yanında yer almamağa çağırıb.

 

ADP Rusiyanın Ukraynaya qoşun yeritməsini, dinc əhaliyə olmazın divan tutmasını, beynəlxalq aləmin təpkilərinə baxmayaraq Ukraynanın siyasi varlığına, suverenliyinə, ərazi bütövlüyünə son qoymaq cəhdlərini davam etdirməsini, minlərlə insanın müharibə qurbanlarına çevrilməsinə məhəl qoymadan hərbi intervensiyandan geri durmamasını qətiyyətlə pisləyib, nüfuzlu dövlət və beynəlxalq təşkilatları böyük fəlakətlərə yol açan bu müharibəni durdurmaq üçün ən təsirli tədbirlər görməyə, öz xalqının belə müharibə etirazlarına qulaq asmayan Rusiyanı yerində oturtmağa çağırıb və hakimiyyəti bu ağır günlərdə Ukrayna xalqı ilə birgə olmağa, ona bundan sonra də maddi və mənəvi dəstəyini davam etdirməyə səsləyib.

 

Geosiyasi vəziyyətin gərginləşdiyi, yeni şəkil aldığı bir vaxtda Azərbaycanın beynəlxalq aləmlə təmaslarının sivil qaydada davam etdirilməsinin, qarşıdan gələn təhlükələrin önlənməsi üçün daha incə, diplomatik siyasət yürüdülməsinin vacibliyini diqqətə çəkən ADP hazırkı şəraitdə qardaş Türkiyə ilə strateji hədəflərimizə uyğun dərin əlaqələr qurmağa, Türk Birliyi Təşkilatının vahid ordusunun yaradılması istiqamətində praktik addımlar atmağa, iki ölkə arasında konfederativ şəkillənmə üçün cəhdlərini davam etdirməyə səsləyib və xalqlarımız üçün təhlükə doğuracaq təklənmə siyasətinə qarşı Türkiyə ilə birgə siyasət izləməyə çağırıb.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin