17-ci mərtəbədən yıxılanlar sağ qaldılar


Rusiyada 17-ci mərtəbədən yıxılan kişi və qadın sağ qalıb.
Hadisə Moskva yaxınlığındakı Lyubertsı şəhərində baş verib.
İlkin məlumata görə, onların hər ikisi içkili olub.
Bildirilib ki, Qırğızıstandan olan 23 yaşlı qadın və 26 yaşlı kişi arasında mübahisə yaşanıb. Qadın pəncərəni açaraq özünü çölə atıb. Kişi onu saxlamağa çalışsa da, nəticədə hər ikisi yerə yıxılıb.
Sağ qalan gənclər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Xəbər lenti

Beynəlxalq səyyahlar KƏLBƏCƏRDƏ
Ermənilərin burada törətdiyi vəhşi əməllərlə tanış olacaqlar