4,4 milyon yeni qalaktika tapılıb
Darhem Universitetində (İngiltərə) beynəlxalq alimlər qrupu qalaktikalar və qara dəliklərdən ibarət 4,4 milyon yeni kosmik obyekt aşkar edib.
Yeni tapıntıların xəritəsi də tərtib olunub.
Mütəxəssislər 2010-cu ildə buraxılmış LOFAR radioteleskoplarının aşağı tezlikli massivi sayəsində astronomik obyektlərin çoxluğunu aşkarlaya biliblər. Bu sistem Avropanın 52 yerində yerləşən 20.000 radio antenasından ibarətdir.
Əldə edilən xəritə yeni ulduzların, böyük qara dəlikləri olan qalaktikaların və digər kosmik obyektlərin inkişafını əhatə edən kainatın yüksək keyfiyyətli təsvirlərini əks etdirir. Bu cisimlərin əksəriyyəti Yerdən milyardlarla işıq ili uzaqlıqdadır.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"