Azərbaycan ordusunda “Türkiyə modeli” - HƏRBİ EKSPERTLƏR DANIŞDILAR

10:35 01-03-2022 | icon 519 | Siyasət
Azərbaycan ordusunda “Türkiyə modeli” - HƏRBİ EKSPERTLƏR DANIŞDILAR

“Azərbaycan ordusu istənilən situasiyaya hazır vəziyyətdədir”

 

Dünyada və regionda cərəyan edən hərbi-suyasi proseslərin gərginləşən xətt üzrə inkişafı hər bir dövlətin təhlükəsizliyinin təminatçısı kimi Ordu Quruculuğu sisteminin daha sivil və modern üslübda inkişafını tələb edən faktorlardan biri kimi dəyərləndirilir.

 

Müharibədən zəfərlə çıxan Azərbaycanın müdafiə sistemini möhkəmlətmək, daxildə baş verə biləcək neqativlərin qarşısının alınması və ölkənin hərbi strukturunun inkişafı baxımından ciddi islahatlara ehtiyacın duyulması birmənalı irəli sürülür. Məhz belə islahatların əsasında müharibədən sonra Azərbaycanda Ordu Quruculuğunun “Türkiyə Modelinə” keçidi xüsusilə diqqətlə izlənir.

 

Ekspertlər Azərbaycanın Ordu quruculuğunda “Türkiyə Modeli”nə keçidi və bu istiqamətdə gedən prosesi necə dəyərləndirirlər?

 

“Hərbi məktəblərimiz Türkiyə hərbi kadrlarının hazırlıq proqramına yaxındır”

 

 

Hərbi ekspert Şair Ramaldanov xatırladıb ki, şanlı Azərbaycan Ordusu 44 günlük müharibədə, başda Ali Baş Komandan, Prezident İlham Əliyev olmaqla, xalqın birliyi və dəstəyi ilə müharibədə qələbə çalaraq işğalçı qüvvələri darmadağın etdi. Və hazırda Azərbaycan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan və digər dövlət sərhədlərində ərazilərimizin müdafiəsi ilə məşğuldur:

 

“44 günlük müharibə Azərbaycan ordusunun bundan sonra hansı prioritetlərə üstünlük verəcəyini, hansı islahatlar aparmalı olduğunu, öz inkişaf yolunu, yol xəritəsini necə müəyyənləşdirəcəyini bir daha ortaya qoydu. Ali Baş Komandan artıq ordumuzun əsas istiqamətini müəyyənləşdirib və qardaş Türkiyə ordusunun modelini seçib. Türkiyənin silahlı qüvvələri və ordusu böyük təcrübəyə malik, NATO-nun və dünyanın ən güclü ölkələri sırasında yer tutan bir ordudur. Əlbəttə, qardaş ölkənin ordu quruculuğunda aparılan işlər daim diqqət mərkəsindədir. Azərbaycanın 44 günlük müharibəsi 20-ci əsrin tələblərinə cavab verən müharibə kimi qəbul olunur. Müasir hərb elminin inkişafında Azərbaycan ordusunun müharibədə qazandığı təcrübə izlənilir, öyrənilir. Azərbaycan məhz o təcrübədən irəli gələrək aparılacaq islahatların hansı istiqamətdə inkişaf etdirilməsi ilə bağlı təhlillər aparır. Artıq nəticələri görürük. 50 ən güclü ordular sırasında özünəməxsus yer tutan Azərbaycan ordusu öz ordusunun gücünü, qüdrətini daim yüksəltməklə həmin pillələri adlama inkişafına nail olmaq  məqsədi daşıyır”.

 

Ş.Ramaldanov bildirib ki, Azərbaycan həmişə Türkiyə ordusunun təcrübəsindən faydalanıb. Onun sözlərinə görə, bizim hərbi təhsil məktəblərimiz Türkiyə hərbi kadrlarının hazırlıq proqramına yaxındır:

 

“Azərbaycan ordusunun inkişafı Türkiyə modelinə uyğun olsa da, yeni model Azərbaycanın xüsusiyyətlərinə, verilən tapşırıqlara müvafiq olaraq qurulur. Və bundan sonra da müharibə təcrübəsindən irəli gələrək ordu quruculuğumuzu davam etdirməyi düşünürük”.

 

Hərbi ekspert hesab edir ki, Şuşa Bəyannaməsi Azərbaycan ordusu ilə Türkiyə ordusunun bir millət iki dövlət prinsipi ilə inkişaf etməsini, gələcəkdə bütün hüququ sənədlərin  bazasının qurulmasını nəzərə alaraq hər iki dövlətin bir-birinin marağında iştirak etməsinə yol açıb:

 

“İki qardaş ölkənin orduları birgə fəaliyyət göstərib, birgə tapşırıqlar yerinə yetirib, hədəflərə çatmaq üçün birgə təlimlər keçrirlər. Bu ölkələrin hərbi modelləri bir-birinə yaxın olmalıdır ki, tapşırıqları yerinə yetirə bilsinlər. Azərbaycan və Türkiyə ordusu birgə fəaliyyət göstərmək üçün lazım olan işləri aparır. Azərbaycan ordusunun bütün növləri Türkiyə ordusunun bütün növləri ilə müştərək təlimlər keçirir. Azərbaycan ordusunun Türkiyənin ordu modelinə uyğun qurulması uğurla yerinə yetirilir və bundan sonra da bu istiqamətdə lazım olan işlər aparılacaq. Azərbaycan ordusu Türkiyə ordusunun kiçik bur modeli olaraq qarşıda qoyulan bütün tapşırıqları yerinə yetirmək gücündə olacaqdır”.

 

 

“Silahlı qüvvələrimizin Türkiyə modelinə keçidi gücümüzə güc qatacaq”

 

 

1993-cü ildə Türkiyəyə hərbi komanda məktəbinə ezam olunmuş, daha sonra 2000-ci illərdə Türkiyənin Quru Qoşunlarının Hərbi Akademiyasında təhsil alan Türkiyə silahlı qüvvələrinin doktirini bilən ehtiyatda olan zabit Elxan Şıxəliyev Türkiyə Modelinə keçidi yüksək qiymətləndirib. Onun sözlərinə görə, ilk hərbi mütəxəssislər qrupu 1992-ci ildə Türkiyənin hərbi qurumlarında kurslar keçməyə göndərilib.

 

Ekspert bildirib ki, Prezident İlham Əliyev Azərbaycanın Türkiyə Modelinə keçməsi ilə bağlı yol xəritəsini müəyyən edəndən sonra Azərbaycanın silahlı qüvvələri Türkiyə modelinə keçdi praktiki olaraq sürətləndirildi. Azərbaycan silahlı qüvvələrinin tərkibində olan hərbi strukturların ştatlarına yenidən baxıldı və ən mühüm olan hissəsində quru qoşunlarımızın qərargahı yaradıldı:

 

“Sonrakı mərhələdə quru qoşunlarımızın, hərbi birliklərinin tərkibində komondo briqadalarının yaradılmasına başlanıldı ki, bu da uğurlu oldu. Vətən müharibəsi sonrası aparılan incələnmə onu göstərdi ki, dağlıq ərazilərdə hərəkət, döyüş, manevr qabiliyyətini artırmaq üçün mütləq komondo briqadalarına ehtiyac olub. Çünki komonda briqadaların hərbçilərinin döyüş hazırlığı, motaatıcı briqadalardan bir neçə səviyyə üsütün olur”.

 

E.Şıxəliyev hesab edir ki, həm mobilliyi, həm də qruplar şəklində istifadə edilməsi baxımından komondo briqadaların başlanğıcı uğurlu oldu. Və bizim silahlı qüvvələrin tərkibində 3 ədəd komonda birqadasının birbaşa sahədə yaradılmasına başlandı:

 

“Türkiyə modelinə keçid Türkiyə Silahlı Qüvvələrinin ən üst səviyyədə Azərbaycana ezam elədiyi generallar tərəfindən  mərkəzi qərargahları vasitəsi ilə koordinasiyasını həyata keçirir. Azərbaycanda Silahlı Qüvvələrinin Türkiyə modelinə keçidi, bütün hərbi  hissələrdə, birlik və birləşmələrdə döyüş hazırlığının yüksəldilməsinə gətirib çıxardacaq. Çünki Türkiyə Silahlı qüvvələrin mövcud statusu NATO-nun 2-ci ən güclü ordu statusundadır. 30 il müdətində Azərbaycan silahlı qüvvələri ilə əməkdaşlığımız bizim silahlı qüvvələrin döyüş hazırlığını ən yüksək səviyyəyə gətirmiş oldu. Qarşılıqlı mütəxəssis mübadiləsi, hərbi məktəblərin, Ali Hərbi Məktəbin, Hərbi Akademiyanın yaradılması, təlim-tədris məktəbinin yaradılması, gizirlər məktəbinin yaradılması bütün bu qurumların ştat strukturları artıq müharibənin başlanğıcına qədər Türkiyə Hərbi modelinə keçirilmişdi. Və müharibədə də silahlı qüvvələrə tətbiqinin nə qədər uğurlu olması da sahədə test edildi”.

 

Hərbi ekspert hesab edir ki, indi Türkiyə modelinə keçidin son mərhələləri həyata keçirilir:

 

“Görünən odur ki, silahlı qüvvələrimizin Türkiyə modelinə keçidi gücümüzə güc qatacaq. Azərbaycan ordusunun dünya orduları səviyyəsində 53-cü yerdə olması da təsadüfi deyil.  Çünki bütün kriteriyalar üzrə silahlı qüvvələrimiz özünü müharibədə də test etmiş oldu. Şuşa Bəyannaməsində Türkiyə ilə müttəfiqliyimiz hüquqi müstəviyə yansıyandan sonra, artıq iki ölkənin müfaviq ordusu şəklində gələcəkdə də birbaşa iştirakımıza müsbət təsirini göstərəcək. Ona görə də zabit və gizirlərin Türkiyə hərbi modelini asanlıqla qavraması baxımından diskonfort yaranmayacaq. Ona görə də siyasilərin bu Türkiyə Modelinə keçid qərarı çox mühüm, zamanında verilən qərardır. Təhlükəsizliyin qorumması baxımından, həm də Cənubi Qafqazda geosiyasi vəziyyətə təsiri baxımından ordumuzun əli çox güclənmiş olacaq”.

 

“Ordumuz istənilən situasiyaya hazır vəziyyətdədir”

 

 

Hərbi Ekspert Emin Həsənli bildirib ki, Vətən Müharibəsindən sonra Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına uğun olaraq Silahlı qüvvələrimiz Türkiyə modelinə keçir və ordu quruculuğu istiqamətində qardaş Türkiyənin modeli əsas götürülür.

Ekspert bu istiqamətdə xeyli işlərin görüldüyünü deyib. Onun sözlərinə görə, hüqqi baza müəyyənləşdirilib, quru qoşunlar qərargahı yaradılıb, komandan təyin edilib, ştat cədvəli müəyyənləşdirilib və sair.

 

Ekspert qeyd edib ki, xüsusi olaraq dağ komanda birlikləri, hərbi hissələr yaradılıb ki, müasir döyüşlərdə və yeni müharibələrdə  onun çox böyük önəmi var. Eyni zamanda xüsusi təyinatlılarımızın sayının artırılması istiqamətdində də xeyli addımlar atıldı. Azərbaycan silahlı qüvvələri ştat-zabit strukturuna uyğun olaraq, Türkiyə modelinə keçir və bu keçiddə qardaş Türkiyənin xüsusi rolu var:

 

“Şuşa bəyannaməsi bir çox istqamətlərdə, o cümlədən hərbi  istiqamətdə əməkdaşlığı dərinləşdirib və Azərbaycan ordusunun  müasir standartlara uyğun olaraq Türk Modelinıə keçidi istiqamətində xeyli addımlar atılıb. Türkiyə ilə birgə ordunun birgə döyüşə hazırlanması, ayrı-ayrı hərbi hissələrin, ayrı-ayrı qoşunların təlim keçməsi, antiterror əməliyyatlarının keçirilməsi, quldur dəstələrə qarşı dağda və ərazilərdə əməliyyatların keçirilməsi və sair istiqamətlərdə təlimlər keçirilib. Bu təlimlərin əhəmiyyəti odur ki, Azərbaycan ordusu istənilən situasiyaya hazır vəziyyətdədir”.

 

E.Həsənli bildirib ki, Azərbaycan həssas regionda yerləşir. Hər bir dövlət isətənilən situasiyaya hazır olmalıdır. Bunun üçün  dövlətin güclü, müasir ordusu olmalıdır:

 

“Ordunun peşəkarlığı hər an hazırlanmalıdır. Azərbaycan və Türkiyə bu istiqamətdə öz üzərinə düşəni edir. Azərbaycan ordusu daha da peşəkarlaşır, təkmilləşir və hər an istənilən situasiyaya hazırdır. Türk ordusu dünyanın ən güclü, ən müasir ordularından biridir. Azərbaycan ordusunun da peşəkarlığı yüksək səviyyədədir. Vətən müharibəsi bunu sübut edib.  Ordumuzun daim yüksək səviyyədə olması üçün dövlət hərtərəfli diqqət və qayğısını göstərir. Bu proses bundan sonra da davam edəcəkdir”. /hafta.az/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı