Azərbaycan əsilli idmançı narahatdır

11:52 01-03-2022 | icon 467 | İdman
Azərbaycan əsilli idmançı narahatdır

“Özüm Bakıda qalmışam, ailəm isə Ukraynadadır”

 

“Ukraynada vəziyyət pisdir. Övladım, həyat yoldaşım, valideynlərim Ukraynadadır. Özüm isə Bakıda qalmışam. Onlara görə narahatam”.

 

Versus.Az xəbər verir ki, bunu Ukraynada yaşayan Azərbaycan əsilli kikboksçu Alim Nəbiyev deyib.

 

27 yaşlı Gürcüstan azərbaycanlısı olan Alim Nəbiyev hazırda Bakıdadır. O, ailəsinin daha təhlükəsiz yerə, Ukraynaya qonşu olan Moldovaya getmək istədiyini bildirib:

 

“Binaları raketlərlə vururlar. Mən isə fevral ayından məşq keçmək üçün Bakıdayam. Ora əlim çatmır. Ukrayna və oradakı yaxınlarım üçün çox narahatam. Əlimdən heç nə gəlmir. Ancaq azərbaycanlıların Ukraynaya dəstəyini görürəm.

 

Düzdür, ruslar biz yaşadığımız Poltavaya hələ girməsələr də şəhərin 80 km yaxınlığındadırlar. Oradan şəhəri vururlar. Ona görə də ailəm Moldovaya getmək istəyir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol