Qarabağlı məşhurlardan Ukrayna xalqına DƏSTƏK

12:31 01-03-2022 | icon 610 | Mədəniyyət
Qarabağlı məşhurlardan Ukrayna xalqına DƏSTƏK

Hazırda Ukrayna və Rusiya arasında qızğın döyüşlər davam edir. Müharibənin 5-cü günü yaşanır. Hər iki tərəfdən çoxlu sayda itkilərin olduğu, xeyli hərbçi və mülki şəxslərin yaralandığı deyilir. Dünya ölkələrinin müharibənin dayandırılması barədə çağırışlarına baxmayaraq, Rusiya qoşunları inadla əməliyyatlardan geri çəkilmir. Ukrayna isə bütövlükdə müdafiə olunmaqla düşmənə müqavimət göstərir. 

 

Müharibənin qorxunc nəticələrini Azərbaycan xalqı hamıdan daha yaxşı anlayır. İllərlə erməni işğalına qarşı mübarizə aparan Azərbaycan xalqı Qarabağın azadlığı uğrunda qəhrəman övladlarını şəhid verib, müharibənin ağrı-acısını yaşayıb. 

 

Qanlı müharibənin ən çətin sınaqlarından keçən qarabağlılar işğala məruz qalmış, ərazi bütövlüyünü itirmək təhlükəsi ilə üzləşən Ukrayna xalqına dəstək nümayiş etdirir və tezliklə müharibənin bitməsini arzulayırlar.

 

Qarabağda müharibənin şahidi olmuş tanınmış azərbaycanlılar Rusiya-Ukrayna müharibəsi ilə bağlı fikirlərini bölüşüblər.

 

 

Əslən Şuşadan olan Xalq artisti Firəngiz Mütəllimova sülhün tərəfdarı olduğunu deyir:

 

“Valideynlərim elə olub ki, günlərlə zirzəmidə qalıb. İndi həmin əziyyəti çəkən Ukrayna xalqıdır. Ukraynanı dəstəkləyirəm, oradan yayılan bütün məlumatları oxuyuram. Tezliklə sülh bağlanılmasını istəyirəm. Bu günləri görüb 30 il əvvələ qayıdıram. Müharibə olacağını biləndə bacımla hönkürüb ağladıq. Həmin günləri indi Ukrayna xalqı yaşayır”.

 

 

Cəbrayıl rayonundan olan Əməkdar artist Yaqut Abdullayev da Ukrayna xalqını dəstəklədiyini söyləyib:

 

“Heç kəs müharibə istəmir. Müharibənin nə olduğunu biz yaxşı bilirik. Müharibədə uşaqlar sarsılır, qadınlara, yaşlılara çox pis təsir edir. O ağrıları, acıları yaşamışam, heç kimə arzu etmirəm ki, bir də elə günlər yaşasın. Hər zaman sülh olsun, insanlar mehriban yaşasınlar”.

 

 

Ağdam rayonundan olan Xalq artisti, görkəmli xanəndə Mənsum İbrahimov döyüşlərin qısa zamanda bitməsini aruzlayır:

 

“Bizim xalq, xüsusilə qarabağlılar müharibənin nə olduğunu çox yaxşı bilirlər. Bu gün Ukrayna xalqının uğradığı təcavüzü yaşamışıq, görmüşük. Müharibələrin olmasını heç istəmirəm. Azərbaycan xalqı sülhsevər xalqdır. Ukrayna xalqının bizə qarşı münasibəti çox yaxşı olub, bizim də onlara qarşı münasibətimiz eynidir. Arzu edirəm ki, tezliklə döyüşlər bitsin, insanlar firavan günlərinə geri dönsünlər”. /modern.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...