Ombudsmanın məruzəsi müzakirə ediləcək

16:44 01-03-2022 | icon 462 | Siyasət
Ombudsmanın məruzəsi müzakirə ediləcək

İnsan hüquq və azadlıqlarının təminatının aktual məsələləri ilə bağlı rəylər səsləndirilib

 

Martın 1-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib.

 

Versus.az xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata əsasən gündəliyə bir məsələ - Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2021-ci il üzrə məruzəsinin müzakirəsi daxil edilib.

 

İçlasda çıxış edən İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Vətən müharibəsində Azərbaycanın qələbəsinin insan hüquq və azadlıqlarının təminatı sahəsində qarşıya çıxardığı çağırışlardan söz açıb, şəhid ailələri və müharibə veteranlarının hüquqlarının təminatının diqqətdə saxlanmasının vacibliyini vurğulayıb.

 

Bəzi beynəlxalq təşkilatların Azərbaycanla bağlı qeyri-obyektiv mövqe sərgiləməsinə toxunan komitə sədri bu istiqamətdə Ombudsman təsisatının beynəlxalq nüfuzundan yararlanmağın faydalı olacağına diqqət çəkib.

 

İclasda İnsan hüquqları komitəsi sədrinin müavini Tahir Kərimli, komitə üzvləri Hikmət Məmmədov, Razi Nurullayev, Naqif Həmzəyev, Fazil Mustafa, Tural Gəncəliyev, Elman Nəsirov, Bəhruz Məhərrəmov müzakirəyə çıxarılan hesabatla bağlı fikirlərini bildiriblər. Millət vəkilləri Ombudsman təsisatının 44 günlük Vətən müharibəsində aktiv fəaliyyətinə toxunaraq bu fəaliyyətin davam etdirilməsinin və Ermənistan tərəfindən azərbaycanlıların tapdanan hüquq və azadlıqlarının diqqətdə saxlanılmasının vacibliyini vurğulayıblar. Deputatlar məruzədə irəli sürülən təkliflər, ombudsman təsisatının gələcək fəaliyyət istiqamətləri, insan hüquq və azadlıqlarının təminatının aktual məsələləri ilə bağlı rəylərini səsləndiriblər.

 

Sonra Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı məruzə ilə bağlı deputatların qeydlərinə izahat verib, sorğularını cavablandırıb.

Müzakirələrin sonunda məruzə səsə qoyularaq Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI