Dünyanın ən sürətli smartfonu
Yeni “Vivo” smartfonunun, ehtimal ki, “Vivo X80 Pro” modelinin sınaq nəticələri yayılıb. Cihaz həm “AnTuTu”, həm də “Geekbench” üzrə rekord sayda xal toplayıb.
“MediaTek-in Dimensity 9000” çipilə çalışan smartfon “AnTuTu” üzrə 1 072 221 xal toplayıb ki, bu da “Exynos 2200 SoC” prosessoru əsasındakı “Samsung Galaxy S22 Ultra” ilə müqayisədə nəzərəçarpacaq dərəcədə yüksəkdir. Belə ki, Koreya telefonu cəmi 968 359 xal qazana bilib.
Qeyd edək ki, yeni “Vivo X80 Pro” 120 Hz yeniləmə tezliyi olan ekran və Android 12 əməliyyat sisteilə təchiz olunub. Smartfonun 12 GB-a qədər RAM və 512 GB-a qədər daimi yaddaşı olacaq.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"