Yılmaz Özdil – QADIN (VIII)

18:36 26-11-2017 | icon 895 | Ədəbiyyat
Yılmaz Özdil – QADIN (VIII)

Rəhimə

/Tərcümə: Rüfanə Günəş/

Bu gün sizi çox vacib biri ilə tanış edəcəyəm.
Nevzad.
O kimdir?- deyəcəksiniz
Tanımaq lazımdır.

Hadisə Muş şəhərində baş verir. Avropa İttifaqının “reproduktəv sağlamlıq” adlı proyekti var. Bu proyekti izləyən bir məmur var. O Muşa gəlir. Baxacaq, uygun görsə Türkiyəyə qrant verəcək ki, sağlam çoxalaq. Bu məmuru, Nevzad ilə tanış edirlər. Yazığ adam Nevzadı dinləyir. Sonra da deyir:
– Şokdayam, tarixi bir gün yaşayıram, gördüklərimə inanmıram. Bir az tək qalmalıyam.
Oturacağın üstünə düşür. Ayra verirlər ki, özünə gəlsin.
Çünkü, Nevzadın 4 həyat yoldaşı, 42 uşağı var.
63 yaşındadır.
12 yaşında evlənib.
Həyat yoldaşlarının adını sıralayaq:
Hədiyyə, Rəhimə, Hayriyə, Həlimə.
Yəni qafiyəni tutturub.
Maşallah, atvyorka kimidir. Deyir ki:
– Maddi vəziyyətim yaxşı olsa, beşincini də alaram.
Təxmin edirəm ki, ya Raziyə olar, ya da Şaziyə.
Hədiyyədən 11 uşağı olub.
Hayriyədən 13.
Həlimə hələ təzədir, 4 uşağı var.
Rekordu Rəhimə qırıb.
Bir futbol komandası dünyaya gətirib. Yanında da üç dənə hakim, 14 uşaq. Və yenə hamilədir.
Allah icazə versə, 3 ay sonra özünün on beşinci, komandasının qırx üçüncü qoluna imza atacaq.
Uşaqların 19-u oğlan, 23-ü qızdır.
Ən böyüyü oğlandır, 50 yaşı var.
Ən balacası isə qız, 1 yaşındadır.
Əgər uşaqlar da Nevzadın izindən getsələr, yəni oğlanların ataları qədər uşağı olsa, qızlar da anaları qədər dünyaya uşaq gətirsə, təxminən 40 il sonra 1100 nəfər olacaqlar.
Bəs adları?
Bu qisim də çox vacibdir. Çünkü biz birinin adını qoyanda yüz ölçüb, bir biçirik. Onu qoyaq, yoxsa bunu qoyaq, qərar verə bilmirik.
Nevzad bu işin içindən necə çıxıb?
Soruşdular, tam olaraq xatırlaya bilmədi. 20 uşağın adını xatırladı.
Muxtardan[1] soruşduq. Avropa İttifaqının tarixinə keçən 42 uşağın adı:
Kərəm, Cəvdət, Əkrəm, Zozan, Kamal, Raif, İbrahim, Cəlal, Ömər, Qədər, Nəzahad, Şakir, Könül, Aliyə, Ləvənd, Gülbahar, Mizgin, Harika, Qurbət, Sevda, Devrim, Tuba, İsmayil, Şenol, Fatma, Qudbəttin, Bilal, Nazimə, Şəngül, Güvən, Pərvin, Türkan, Barış, Əmrah, Sərvət, Fatimə, Sezər, Səhər, Yusif, Filiz, Cəmilə, Arzu.

Rahimə Dəmir

Muşda yuxarıda göstərdiyim, tablo yaşananda, Tayyib Ərdoğan Ankarada danışırdı:
Bu ölkədə illərlə doğuş yoxlaması xəyanəti ettilər. Nəslimizi qurutmaq yolunda irəlilədilər. Gənc nüfuz dinamik ölkə deməkdir, ən az üç uşaq dünyaya gətirin.

[1] Kənd və ya icmanın qanunvericiliyi ilə müəyyən edilmiş işləri həyata keçirmək üçün seçki yolu ilə kəndə və ya məhəlləyə gətirilmiş şəxs.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”