Yanğın zamanı ev sahibi ölüb
Gəncədə yanğın hadisəsi baş verib.
Versus.Az xəbər verir ki, hadisə şəhərin Şərəfxanlı küçəsində qeydə alınıb.
73 yaşlı Tofiq Hüseynova məxsus evdə anidən yanğın olub. Hadisə yerinə FHN-in yanğınsöndürən avtomobiləri və canlı qüvvəsi cəlb olunub. Yanğının qonşuluqdakı evlərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı ev sahibi, 73 yaşlı T.Hüseyov evdə yanaraq ölüb. Məlumata görə ev sahibi xəstə olub.
Hadisənin səbəbləri araşdırılır. /APA/
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"