Kiyev Qarabağ müharibəsində necə dəstək vermişdi?

10:40 02-03-2022 | icon 526 | Geopolitika
Kiyev Qarabağ müharibəsində necə dəstək vermişdi?

"Azərbaycanın yanaşması daha ədalətlidir”

 

Rusiya-Ukrayna müharibəsində bəzi qüvvələr Bakıdan sərt mövqe tələb edərək Azərbaycanın Kiyevə dəstəyindən narazılıq ifadə edirlər. Baxmayaraq ki, Azərbaycan tərəfləri sülhə çağırmaqla yanaşı, Ukraynaya humanitar yardım da edir.

 

Versus.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə uyğun olaraq SOCAR-ın Ukraynada fəaliyyət göstərən “SOCAR Energy Ukraine” şirkəti, humanizm prinsiplərini rəhbər tutaraq, təcili tibbi yardım və yanğınsöndürən xidmətinin avtomobillərinə pulsuz yanacaqla dəstək verməkdədir. Azərbaycanın “Silk Way” aviaşirkətinin təyyarələri artıq iki uçuş gerçəkləşdirərək, Ukraynaya humanitar yardım, dərman preparatları və s. çatdırıblar. Həmçinin Bakıdakı Ukrayna səfirliyi qarşısında vətəndaş cəmiyyətinin fəalları etiraz aksiyası keçiriblər.

 

Ancaq gəlin Bakıdan sərt mövqe tələbləri kontekstində rəsmi Kiyevin 2020-ci il sentyabrın 27-də başlayan Qarabağ savaşında tutduğu mövqeyi xatırlayaq: Ukrayna isteblişmentinin bu savaşa mövqeyi Qərbin bəzi anti-Azərbaycan, xüsusilə ABŞ və Fransanın mövqeyinə daha çox yaxın olması ilə diqqət çəkib. Qarabağ münaqişəsinin gərginləşməsi ilə bağlı Ukrayna XİN-in bəyanatı o zaman ciddi suallar doğurmuşdu.

 

- “Ukrayna XİN Ermənistanla Azərbaycan arasında münaqişənin kəskinləşməsindən dərin narahatdır. Biz gərginliyə səbəb olan halları araşdırır, tərəfləri dialoqa qayıtmağa və münaqişəni sülh yolu ilə həll etməyə çağırırıq” narahatlığı ifadə olunur". Nazirlik tərəfləri münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün dialoqa qayıtmağa çağırmaqla yanaşı, həlak olanların yaxınlarına başsağlığı verib.

 

Erməni işğalçılarının mövqelərimizə hücum edir, dinc insanlarımızı artilleriya atəşinə tutur, 30 illik işğalı əsla bitirməyəcəyini və torpaqlarımızı azad etməyəcəyini bildirir - rəsmi Kiyev isə tərəfləri dialoqa çağırır,  “qurbanların yaxınları ilə” olduğunu vurğulayır. İşğalçı ilə ərazisinin bir qisminin işğala məruz qaldığı ölkəni bərabər tutmaq, sadəcə, “narahatlıq izharı” ilə işi bitmiş bilmək tərəfdaş ölkənin olaya münasibətində ən azı yolverilməzdir. Müharibə başa çatandan sonra işğaldan azad edilmiş ərazilərə ölkədəki diplomatların səfərləri gerçəkləşəndə Ukraynanın Bakıdakı səfiri Vladislav Kanevskiy gözə dəymədi.

 

“Bu azmış kimi, Avropa Şurasının Parlament Assambleyasındakı (AŞ PA) Ukrayna nümayəndə heyətinin üzvlərinin tam əksəriyyəti Azərbaycanla bağlı məsələlərin müzakirəsi zamanı Bakıya antoqonist mövqe tutur, bəzi hallarda isə Ermənistanın və ermənipərəst deputatların hazırladıqları, Bakıya qarşı absurd və marazmatik böhtanlarla zəngin qərar layihələrinin lehinə səs verirdilər. Belə olan təqdirdə Ukrayna ilə bağlı situasiyada Azərbaycanın tutduğu mövqeni ”tənqid" edənlər ya subyektivizmin təkinə varanlar, ya da demaqogiyanı siyasi mövcudluq və vətəndaş mövqeyinin izharı sanıb ətrafdakıları yanıltmağa çalışanlardır", - deyə saytın yazısında bildirilir. Bəs Ukrayna niyə belə mövqe tutmuşdu? Ukrayna isteblişmentinin yanaşması Qərbin bəzi anti-Azərbaycan, xüsusilə ABŞ və Fransanın mövqeyinə daha çox yaxın olması təsadüf idimi?

 

Azad MƏSİYEV

 

Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyevin bildirdiyinə görə, Ermənistanda Paşinyanı hakimiyyətə amerikalılar gətirib:

 

“Ukraynada da hakimiyyəti ABŞ formalaşdırıb və heç zaman rəsmi Kiyev müstəqil xarici siyasət apara bilməyib. O baxımdan, bir yandan Qərbə xoş gəlsin deyə belə açıqlama verir, bir tərəfdən, Azərbaycanla münasibətləri nəzərə alırdı. Ona görə Ukrayna Xarici İşlər Nazirliyi Vətən müharibəsi getdiyi zamanda ikili mövqe bildirmişdi”. Ekspertin fikrincə, elə an olur ki, haqqın, sülhün, ədalətin yanında olmalısan: “Təəssüf ki, Ukrayna bunu etmədi. Yəni 44 günlük müharibəyə adekvat münasibət göstərmədi, halbuki indi bizim insanlar orada gedən döyüşlərə necə reaksiya verirlər. Hesab edirəm ki, Azərbaycanın yanaşması daha ədalətlidir”.

 

Politoloq: “ABŞ-ın yeni hökuməti İran siyasətini dəyişməyəcək” -  29.11.2020, Sputnik Azərbaycan

 

Siyasi şərhçi Ramiyə Məmmədovanın fikrincə, Ukrayna XİN o zaman Ermənistanı işğalçılığa son qoymağa, mülki məntəqələri hədəf almamağa çağıra bilərib:

 

“Hətta Paşinyan KTMT-ni köməyə çağıranda Rusiya prezidenti müharibənin Azərbaycan ərazisində getdiyini deməklə daha konkret mövqe sərgiləmişdi. Eyni yanaşmanı Ukrayna XİN də göstərə bilərdi, amma dişsiz və neytral mövqe nümayiş etdirmişdi. Sadəcə, bu o demək deyil ki, bu gün Ukraynanın işğal olunmasına susqun qalmalıyıq. Bizə dost ölkədir, müharibə dövründə dəstəyini əsirgəməyib, Ukrayna səfiri Xocalı qətliamının 30 illiyi ilə bağlı Bakıdakı abidənin önünə gələrək diz çöküb gül qoydu, yəni biz Kiyevin tərəf saxladığını görmədik. Ola bilsin ki, Ukrayna XİN-də hansısa ermənipərəst diplomatlar olub, yaxud Qərbin tutduğu mövqeyə baxaraq nəticə çıxarıb belə neytral açıqlama veriblər. Faktiki olaraq, bu gün Kiyevə, Xarkova raket zərbələri endirilir və biz Ukrayna xalqının yanında olmalıyıq. Hakimiyyətlərin səhvi ola bilər, xarici siyasətdə qabarma-çəkilmə siyasəti də mümkündür, əsas məsələ ədalətin, əzilənin yanında olmaqdır”.

 

Ekspert xatırlatdı ki, Ukraynanın xarici işlər naziri Dmitro Kuleba 44 günlük müharibə dövründə çıxış edərək hər zaman Azərbaycanın yanında olduqlarını və ərazi bütövlüyünü bərpa etməkdə olan bu dost ölkəyə sonadək dəstək verəcəklərini açıqlamışdı: 

 

“Hətta buna cavab olaraq, ermənilər Ukraynanın Ermənistandakı səfirliyinin qarşısında aksiya da keçirmişdi. Amma Ukrayna nəinki geri çəkilmədi, bu ölkənin prezidenti Zelenski Azərbaycana dəstək mesajını bir daha yenilədi. Görünür, Ukrayna XİN həmin zaman Qərbin siyasi konyukturasına uyub, eləcə də sülhə çağırış etmək niyyəti ilə tərəfləri dialoqa dəvət edib. Əslində indi gedən döyüşlərdə biz də bunun tərəfdarıyıq, gəlsinlər, Bakıda danışıqlar aparıb hərbi əməliyyatları dayandırsınlar”.

 

Ermənilərin hücum etdiyi, dinc insanlarımızı artilleriya atəşinə tutduğu zamanda Ukrayna XİN tərəfləri dialoqa çağırmış, işğalçı ilə bizə fərq qoymamışdı; ekspert: “Ukrayna heç zaman müstəqil xarici siyasət apara bilməyib”. /“Yeni Müsavat”/
 
 
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI