Qadın idmançıların sayı azaldı

11:49 02-03-2022 | icon 319 | İdman
Qadın idmançıların sayı azaldı

Martın 5-də Çexiyanın paytaxtı Praqada start götürəcək Avropa Açıq turnirində Azərbaycanı qadın cüdoçular təmsil edəcək.

 

Federasiyanın Mətbuat Xidmətindən verilən məlumata görə, iki gün davam edəcək yarışda baş məşqçi Rəşad Məmmədovun rəhbərliyi altında 6 idmançı mübarizə aparacaq.

 

Turnirə Aydan Vəliyeva, Aişə Qurbanlı (hər ikisi -48 kq), Səbinə Əliyeva (-52 kq), Fidan Əlizadə (-57 kq), Aytac Qardaşxanlı (-63 kq) və Südabə Ağayeva (-70 kq) qatılacaq.

 

Qeyd edək ki, Avropa Açıq turnirində 46 ölkədən 589 (360 kişi, 229 qadın) idmançı mübarizə aparacaq.

 

Xatırladaq ki, bu yarışda 48 kq çəki dərəcəsində Şəfəq Həmidova da yarışmalı idi. Lakin, o hazırda müalicə aldığı üçün heyətdən çıxarılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin