Hərbçilərin sayı iki dəfə azaldıla bilər

09:06 03-01-2019 | icon 381 | Dünya
Hərbçilərin sayı iki dəfə azaldıla bilər

 

ABŞ Əfqanıstanda hərbçilərinin sayını iki dəfə azaltmaq niyyətindədir.

 

Versus.Az "Military.com"-a istinadən xəbər verir ki, bu barədə Pentaqondakı mənbə bildirib.

Mənbə qeyd edib ki, Əfqanıstanda ABŞ və NATO qoşunlarının komandanı general-leytenant Skott Miller 14 min hərbçinin 7 minini vətənə göndərmək niyyərindədir.

Onun sözlərinə görə, Əfqanıstandakı hərbçilərin sayının azaldılması prosesi növbəti 8-12 ay arasında həyata keçiriləcək.

 

Mənbə həmçinin qeyd edib ki, xüsusi təyinatlı qoşunlar düşmən mövqelərinə zərbələr endirməyə davam edəcək.

 

Xatırladaq ki, dekabr ayının sonunda "The Wall Street Journal" qəzeti bildirmişdi ki, ABŞ prezidenti Donald Tramp Pentaqona Əfqanıstandan 7 min hərbçinin çıxarılması üçün plan hazırlamağı tapşırıb. Lakin daha sonra Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Qarret Marki bildirmişdi ki, ölkə rəhbəri Pentaqona bu barədə tapşırıq verməyib və belə qərar qəbul etməyib.

 

Rəsmi məlumatlara əsasən, hazırda Əfqanıstanda 14 min ABŞ hərbçisi var. Onlar "Taliban" terror hərəkatına qarşı əməliyyatlarda iştirak etməkdən əlavə Əfqanıstan Silahlı Qüvvələrinin təlimləri ilə də məşğul olurlar.

 

Bundan əlavə, ölkədə 16 min NATO-ya üzv ölkələrin hərbçisi də var. Lakin onlar hərbi əməliyyatlarda iştirak etmirlər və hərbi məsləhətçi rolunu həyata keçirirlər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür