Azərbaycan ev sahibliyi edəcək

07:00 03-03-2022 | icon 424 | İdman
Azərbaycan ev sahibliyi edəcək

Bu gün Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

 

Onlayn formatda keçirilən vebinarda UWW-nin Büro üzvü, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyev də iştirak edib. İclasda bir sıra mühüm qərarlar qəbul olunub.

 

Ali qurum Beynəlxalq Olimpiya Komitəsinin fevralın 28-də beynəlxalq idman federasiyalarına çağırışına cavab olaraq, Ukraynada davam edən münaqişəyə görə Rusiya və Belarus güləşçilərini bütün yarışlardan qeyri-müəyyən müddətə uzaqlaşdırıb. Bu ölkələrin rəsmi nümayəndələri də heç bir beynəlxalq turnirdə qonaq qismində iştirak edə bilməyəcək. Həmçinin Rusiya və Belarusda beynəlxalq yarışlar da keçirilməyəcək. Bu səbəbdən təqvimdə bu ölkələrdə baş tutması planlaşdırılan beynəlxalq turnirlər ləğv olunub.

 

UWW bəzi mühüm yarışların təşkilatçılığıyla bağlı qərarlar da qəbul edib. Belə ki, bu il noyabrın 5-6-da yunan-Roma güləşi üzrə Dünya Kubokunun Bakıda keçirilməsi rəsmiləşib. Paytaxtımız 2024-cü ildə 23 yaşadək güləşçilərin Avropa çempionatına da ev sahibliyi edəcək. Gələn il böyüklər arasında baş tutacaq qitə birinciliyinin təşkilatçığı isə Zaqrebə həvalə olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”