Bəşəriyyət daşların köməyi ilə xilas ediləcək
ABŞ-da daşların köməyi ilə ətraf mühitin çirklənməsinin səviyyəsini azaltmağın yolu tapılıb.
Kolumbiya Universitetinin alimləri müəyyən ediblər ki, müəyyən bərk qaya növləri bəşəriyyətə iqlim fəlakətindən qaçmağa kömək edə bilər.
Süxurların aşınması zamanı karbon minerallaşması baş verir - kimyəvi reaksiya zamanı karbon qazı mineral tərəfindən udulur.
Daşlar ekoloji cəhətdən zərərli karbonu bir neçə min il saxlamağa qadirdir.
Yeni bir araşdırma göstərir ki, bəzi növ suxurlarda minerallaşma zamanı kristallar əmələ gəlir ki, bu da daşı genişləndirir. Bunun sayəsində mineral daha çox karbon qəbul edə bilir.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"