"Səfirliyimiz özünə əziyyət vermək istəmir"

10:02 03-03-2022 | icon 666 | Geopolitika
"Səfirliyimiz özünə əziyyət vermək istəmir"

"Rus hərbi birləşmələrinin rəhbərliyi ilə müvafi danışıqlara getməli və..."

 

"Vətəndaşlarımızın Ukraynadan təxliyyəsi ilə bağlı həyata keçirilən tədbirlər qənaətbəxş deyil. Hər nə qədər də insanlarımızın Ukrayna ilə sərhəddə olan dövlətlərə sərbəst girişi iə bağlı müvafiq razılaşmalar olsa da, görünən odur ki, prosses heç də lazım olan səviyyədə icra edilə bilmir."

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında politoloq Rəşad Bayramov deyib. Politoloqun fikrincə, Ukraynadakıı soydaşlarımız Moldova Respublikası, Polşa Respublikası, Slovakiya Respublikası, Macarıstan, habelə Rumıniya ərazisinə keçmək üçün indi olduğu şəhərlərdən, sığınacaqlardan, metro tunellərindən və ya evlərdən çıxıb həmin sərhədlərə qədər yolu özbaşına qət etməlidir.


Onun sözlərinə görə, hər tərəfədən güllə və bomba yağdığı bir zamanda bunu etmək mümlün deyil:

 

"Səfirliyimiz isə özünə əziyyət vermək istəmir. Həmin insanların rahat şəlidə çıxışını təmin etmək üçün dərhal Rusiya ilə müvafiq danışıqlar aparılmalıdır. Səfirik rus hərbi birləşmələrinin rəhbərliyi ilə müvafi danışıqlara getməli və yerləşdiyi ərazilər məlum olan vətəndaşlarımızın sərbəst çıxışını təmin etmək üçün müvafiq saatlarda müvafiq dəhlizin açılmasına nail olmalıdır.


İkinci bir tərəfdən bu məsələdə günahin bir hissəsi də hakimiyyətin üzərindədir. Hələ mühairbədən bir neçə gün əvvəldən ayrı-ayrı ölkələr öz vətəndaşlarına Ukrayna ərazisini tərk etməklə bağlı çağırışlar etsə də rəsmi Bakı nədənsə susdu və bu cür xəbərdarlıqlarla çıxış etmədi. Bu da nəticə etibarilə insanımızın hazırlıqsız yaxalanmasına səbə oldu."


R.Bayramov bildirib ki, problem bununla da bitmir:


"Digər bir problem də müxtəlif yollarala yuxarıda adını çəkdiyim ölkələrin ərazisinə gedib çatmış insanlarımızın indi həmin ölkələrdən Azərbaycan gətirilməsinin təmin edilməsi ilə də ortaya çıxıb. Həmin insanların sayı minlərlə olsa da bu günə qədər Azərbaycan cəmi 510 nəfərin təxliyyəsi həyata keçirilib." /"həftə içi"/

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin