"Beynəlxalq hüquq sadəcə güclülərin əlində bir silahdır"

11:23 03-03-2022 | icon 280 | Siyasət
"Beynəlxalq hüquq sadəcə güclülərin əlində bir silahdır"

Razi Nurullayev: "44 günlük müharibə zamanı Azərbaycanın tərəfində Türkiyə və Pakistan vardı"

 

"Ermənistanla 44 günlük müharibə zamanı Azərbaycanın tərəfində iki ölkə vardı -  Türkiyə və Pakistan. Ukrayna da analoji problemi olduğu üçün Azərbaycana pis-yaxşı dəstək nümayiş etdirirdi. Belarusda isə yalnız sanki prezident Lukaşenko dəstək verirdi. Belə bir dar çərçivədə Azərbaycan xalqı Ermənistanı məğlub etdi və onu tam məğlubiyyətdən isə Rusiya qorudu".

 
 
Versus.Az xəbər verir ki, Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev bu fikirləri Rusiya-Ukrayna müharibəsinə dövlətlərin münasibəti məsələsinə açıqlamasında bildirib.
 
 
Deputat vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsində isə bütün dünya Ukraynanın və onun prezidenti Zelenskinin yanındadır və hər kəs onlara dua edir. Hətta Rusiyanın özündə belə Ukraynanın qələbə qazanmasını istəyənlər var:
 
 
"44 günlük müharibə zamanında Azərbaycan Prezidenti İlham Əliyevə bütün dünya və onların ölkə başçıları təzyiq edirdi, hədə-qorxu gəlirdi, şantaja belə əl atırdılar, Ermənistanın bizə sırıdığı müharibəni dayandırmağı tələb edirdilər. 44 gün ərzində beynəlxalq aləmin xalqımıza və Azərbaycan Prezidentinə yaşatdıqlarını Rusiya prezidentinin bu günkü düşdüyü vəziyyət ilə müqayisə etmək olar. Amma həqiqət yükü tam fərqlidir.
Bütün dünya cənab Putinin üstünə gəlir. Çünki Ukraynanı və prezident Volodimir Zelenskini haqlı, prezident Putini haqsız hesab edir. Fərq isə budur ki, 30 il Ermənistan işğalının davam etməsinə və 44 günlük müharibədə Azərbaycan xalqı və onun Prezidenti 100 faiz haqlı ola-ola haqsızlığa məruz qalırdı.
 
Ukraynaya verilən dəstəyə görə təbii ki, şadam. Sadəcə, yaşadığımız reallığı müqayisəli şəkildə çatdırmaq istədim. Bu reallıq həm də dünyanın nə qədər ədalətsiz və ikili standartlarla idarə olunmasını göstərir. Beynəlxalq hüquq deyilən şey daha yoxdur. O, sadəcə güclülərin əlində bir silahdır".
 
 
LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi