“Ukraynaya qarşı dünyanın rəğbəti hər gün artır”

 

12:09 03-03-2022 | icon 756 | Geopolitika
“Ukraynaya qarşı dünyanın rəğbəti hər gün artır”
 

Ruslan İmamquliyev: “Diplomatik meydanda heç bir irəliləyiş yoxdur”

 

“Diplomatik meydanda heç bir irəliləyiş yoxdur. Ukraynaya qarşı dünyanın rəğbəti hər keçən gün artır.  Avropa Parlamenti, Brüsseldə təcili toplantı keçirdi və Ukraynanın Avropa Birliyinə namizədliyini tanıdı. Bir çox Avropa dövlətləri aşkar olaraq öz köməyini əsirgəmirlər. Ukrayna beynəlxalq dirəniş ordusu qurmaq üzrədir". 

 

Bunu Versus.az-a Ukrayna-Rusiya müharibəsindəki mövcud hərbi durumu şərh edən hərbi analitik, "M5 Müdafiə və Strategiya" jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Ruslan İmamquliyev bildirib.

 

Hərbi təhlilçi bildirib ki, İnformasiya Müharibəsi sahəsində Rusiya sadəcə öz sərhədləri daxilində təsirlidir. Maraq dairəsində heç bir imkan və qabiliyyəti yoxdur. Rusiya daxilində belə digər resurslardan alınan məlumatlar əsasında xalqda ciddi narahatlıqlar var:

 

“Rusiya hərbi obyektlər əvəzinə mülki binalara xətər yetirir. Bu da müharibə sahəsindən yetərli məlumat almadıqları üçün uzaq vuran raket və artilleriya vasitələri ilə dağıntılar yaradaraq sivil əhali arasında xaos yaratmağa hesablanıb. Bütün bunlara baxmayaraq yaxın məsafəli döyüşdə rus ordusu ciddi müqavimətlə qarşılaşır. Hər iki tərəfdə də ciddi itkilər var. Rus ordusunda ruh düşkünlüyü, Ukrayna insanında isə ümumi olaraq nifrət və qətiyyət var. Rusiyanın havada üstünlük əldə etməsi imkansız kimi görünür. Döyüş sahəsindən məlumat almaq üçün yetərli funksional vəziyyətdə təchizat və vasitələri qalmayıb. Bir çox rus diversatları aşkar olunaraq məhv edilmişdir”.

 

R.İmamquliyev bildirib ki, hazırda yaşayış məntəqələrinin ətrafında bir neçə eşolon üzrə müdafiə xətləri qurulub. Xalq fərdi silahlar və yüngül tank əleyhinə vasitələrlə silahlandırılaraq ehtiyyat qüvvələrin sayı ehtimal olunandan birə on mislində artırılıb. Bu səbəblə hücum əməliyyatlarını icra edən rus qoşunlarının sayı  taktiki əsaslarda yetərli deyil:

 

“Radio elektron mübarizədə tam üstünlük Ukraynadadır. Rabitə vasitələrindən effektiv istifadə edə bilməyən rus birləşmələri əməliyyatların icrasında qərar vermədə ciddi çətinliklə qarşılaşırlar. Bölmələr kiçik qruplar halında mərkəzdən qopmuş vəziyyətdə idarə olunmaz vəziyyətdədirlər. Rus ordusu artıq maddi və texniki təminat vasitələri baxımından tükənmiş vəziyyətdədir. Əsas təminat yolları Ukrayna ordusunun nəzarətindədir. Texnikalar ya hərəkət edə bilmir ya da istifa etməyə döyüş sursatları yoxdur. Siyasi rəhbərlik irəli deyir generallar isə düşdükləri vəziyyətdən çıxış yolu axtarırlar”. /hafta.az/

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol