"Ordumuz Xankəndiyə niyə girmədi" deyənlərə UKRAYNA CAVABI

18:47 03-03-2022 | icon 428 | Siyasət
"Ordumuz Xankəndiyə niyə girmədi" deyənlərə UKRAYNA CAVABI

Bizi Rusiyanın hərbi təzyiqi ilə yanaşı ABŞ və Avropanın sanksiyaları gözləyəcəkdi

 

 

 

 

 

TURAN RZAYEV
/politoloq/

 

 

 

 

Ukrayna-Rusiya müharibəsi hər kəs kimi bizi də təəssüfləndirir. Təəssüfləndiyimiz qədər bəzi reallıqlar ilə üzləşib düşünmək də lazımdır. Çünki hazırda Avropanın ən böyük ölkələrindən biri dünyanın gözü qarşısında işğala məruz qalır. Digər bir məsələ də başda ABŞ olmaqla, əksər Avropa ölkələrinin Ukraynaya dəstək verməsidir. Bu, təqdirəlayiq hərəkət olsa da, hər kəs yaxşı bilir ki, Ukraynanın yerində başqa qeyri-xristian bir ölkə olsa idi, nə ABŞ, nə də Avropa ölkələri bənzər dəstəyi göstərməzdi.

 

Misal üçün Azərbaycan!? Mən əminəm ki, Azərbaycan 10 Noyabr bəyanatını imzalamayıb Xankəndiyə ordu yeritsəydi, bizi həm Rusiyanın hərbi təzyiqi, həm də bu gün Ukraynanın yanında olan ABŞ və Avropanın sanksiyaları gözləyəcəkdi. Bu gün belə bəzi şəxslər 2020-ci ildə "Xankəndiyə niyə girmədik” sualını tez-tez dilə gətirir. Bu sualı verənlər haradasa haqlı olsa da, unutduqları acı bir reallıq var. Bütün dünyanın dəstəklədiyi Ukraynadan fərqli olaraq, 44 günlük müharibə zamanı Azərbaycanın yanında yalnız Türkiyə var idi. Bizi dəstəkləyəcək nə ABŞ, nə də inkişaf etmiş Avropa ölkələri yox idi. Ukraynada baş verənlər Azərbaycanın regionda və dünyada nə dərəcədə doğru və düşünülmüş siyasət yürütdüyünü bir daha təsdiqləyir. Çünki bu gün Ukraynada yaşananlar Azərbaycan üçün də ola bilərdi. Bu zaman biz nəinki 44 günlük müharibədə əldə etdiyimiz nailiyyətləri, hətta dövlətçiliyimizi itirə bilərdik. Bu kiməsə bir qədər inandırıcı gəlməyə bilər, ancaq unutmamaq lazımdır ki, yaxın tariximizdə bu aqibət ilə bir dəfə üzləşmişik.

 

1920-ci il aprelin 25-dən 26-na keçən gecə Sovet Rusiyasının qoşunları şimaldan hücum edərək bu gün olduğu kimi dünyanın gözü qarşısında 1920-ci ilin yanvarında Antanta ölkələri tərəfındən istiqlaliyyəti tanınan Azərbaycanı işğal etdi. Bu işğalın qarşısını nə beynəlxaq hüquq, nə də bu gün Ukraynaya dəstək verən ABŞ və Avropa ölkələri ala bilmədi. Müasir dövrdə ölkəni və xalqı təlatümlərdən sığortalamaq üçün qlobal və geosiyasi reallıqları nəzərə almaq lazımdır. Azərbaycanın illərdir regionda apardığı balans siyasəti və sərgilədiyi mövqe bu mənada vacibdir.

 

Son günlər bəzi sosial şəbəkə istifadəçiləri Ukrayna-Rusiya müharibəsində Azərbaycanın mövqeyini tənqid edir, hətta ölkə rəhbərliyini Ukraynaya tam mənasında yardım etməməkdə ittiham edir. Halbuki Prezident İlham Əliyev bu gün bütün regional oyunçularla bərabərhüquqlu münasibətlər qurmaqla, qarşılıqlı öhdəlik və məsuliyyət sistemi formalaşdırmaqla mümkün geosiyasi kataklizmlərdən ölkəni sığortalayıb.

Məsələn, Azərbaycan hazırda Qoşulmama Hərəkatının fəaliyyətdə olan sədridir və dünyada gedən proseslərə həm də bu statusla üzərinə düşən öhdəliklər kontekstində yanaşır. Ölkəmiz NATO və ya KTMT kimi hərbi ittifaqlara qoşulmasa da, Türkiyə ilə "Şuşa Bəyannaməsi”, Rusiya ilə isə "Moskva Bəyannamə” imzalayıb. Bundan başqa, Azərbaycan mövcud Ukrayna-Rusiya müharibəsində Ukraynaya 5 milyon avro dəyərində humanitar yardım və dərman ləvazimatları göndərib. Azərbaycan bəzi ölkələrdən fərqli olaraq Ukrayna və Rusiyaya vasitəçilik missiyasını təklif edir.

 

Onu da deyim ki, həm rəsmi Moskva, həm də Kiyev Azərbaycanın vasitəçiliyinə müsbət yanaşır. Hətta tərəflər arasında mümkün görüş yeri kimi Bakının da adı çəkilir. Nəticə etibarilə, Azərbaycanı bu gün heç bir siyasi avantüralara cəlb etmək mümkün deyil. Bütün qərarlar milli maraqlara əsaslanır!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı