“355 min nəfərin əmək haqları artırılıb”

11:28 02-03-2018 | icon 654 | İqtisadiyyat
“355 min nəfərin əmək haqları artırılıb”

“Səhiyyə müəssisələrində və sosial təminat müəssisələrində çalışan və dövlət büdcəsindən maliyyələşdirilən şəxslərin əmək haqları mart ayının birində etibarən 10 faiz artırılıb. Ümumilikdə bu 4 kateqoriya üzrə 355 min şəxsə şamil olunacaq”.

Versus.az-ın məlumatına görə, bunu Siyəzəndə jurnalistlərin suallarını cavablandıran əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Onun sözlərinə görə, bunlardan 200 min nəfər yaxını təhsil işçiləri, 140 min nəfərə yaxın səhiyyə müəssisələrində, 13 min nəfər yaxını elmi və elmi tədqiqat müəssisələrində, 2 min nəfər yaxın şəxs isə sosial təminat müəssisələrində çalışanlardır. Nazir bu şəxslərin 10 ay ərzində əmək haqlarının artırılması üçün dövlət büdcəsindən təqribən 100 mln. manatın ayrılması nəzərdə tutulduğunu deyib:

“Göründüyü kimi, Azərbaycan prezidenti İlham Əliyevin ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atdığı addımlar davam edir və bunların hamısı əhalinin real gəlirlərinin artırılmasına, onların həyat səviyyəsinin yüksəldilməsinə yönəlmiş addımlardır. Bu istiqamətdə işlər 2003-cü ildən başlayaraq sürətli şəkildə davam etdirilir. Bu da həmin səpgili növbəti addımların davamıdır. Bu prezidentin elan etdiyi kimi sosial dövlətin sürətli qurulmasını sübut edən faktlardır”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı