G7 ölkələri Rusiyanı ittiham etdi

07:25 05-03-2022 | icon 387 | Dünya
G7 ölkələri Rusiyanı ittiham etdi

G7 (Böyük Yeddilik) ölkələrinin (Almaniya, Böyük Britaniya, ABŞ, Kanada, Fransa, İtaliya və Yaponiya) xarici işlər nazirləri Rusiya Federasiyasını qoşunlarını Ukraynadan dərhal çıxarmağa çağırıb.

 

Bu barədə Avropa Xarici Fəaliyyət Xidmətinin saytında yerləşdirilən bəyanatda bildirilib.

 

“Rusiya Ukraynaya qarşı dinc əhaliyə mənfi təsir göstərən və mülki infrastrukturu dağıdan  uzunmüddətli hücumunu dərhal dayandırmalı və hərbi qüvvələrini dərhal geri çəkməlidir”, - bəyanatda qeyd olunub.

 

G7 Rusiyanın Ukraynanın mülki əhalisinə və mülki infrastrukturuna, o cümlədən məktəblərə və xəstəxanalara qarşı hücumlarını pisləyib və Rusiyanı insan haqları sahəsində beynəlxalq humanitar hüquqa tam hörmətlə bağlı öhdəliklərinə əməl etməyə çağırıb.

 

Həmçinin, Böyük Yeddilik Ukraynaya humanitar dəstəyi artırmağa sadiq olduğunu açıqlayıb.

 

“Biz qətiyyətlə Rusiyanı, xüsusən də Ukraynanın atom elektrik stansiyalarının yaxınlığındakı hücumlarını dayandırmağa çağırırıq”, - deyə bəyanatda vurğulanıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı