Türkiyə və Azərbaycan məktəblərini dostlaşdıran məktublar - FOTOLAR +

15:38 04-01-2019 | icon 415 | Təhsil
Türkiyə və Azərbaycan məktəblərini dostlaşdıran məktublar - FOTOLAR +
 
 
 Versus.Az xəbər verir ki, bu sözləri Modern.az saytına Ankarada yaşayan azərbaycanlı jurnalist, “525-ci qəzet”in keçmiş əməkdaşı İlhamə Qasımlı bildirib. 


O, Türkiyə və Azərbaycan məktəbləri arasında gerçəkləşdirməyə başladığı layihə barədə saytımıza daha ətraflı danışıb:

“Müəllimimizin təpkisi Azadın sinif yoldaşlarının Azərbaycanla əlaqələrinin başlanğıcında ilk addım oldu.
Bundan sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədovla danışıb mövzuyla bağlı dəstək verməsini xahiş etdim.
Bir müddət sonra müsbət cavab aldım:
“Bakı şəhəri Nərimanov rayonu 47 saylı tam orta məktəbdə Aişə Rüstəmzadənin sinif rəhbəri olduğu 2C sinfinin şagirdləri ilə Ankara Mamak Ali Kuşçu ilkokulunun 2D sinif şagirdləri arasında “məktub dostluğu layihəsi”nə müsbət cavab verildi”.

İ.Qasımlının sözlərinə görə, layihə ilə bağlı 2018-ci il dekabrın 3-də işə başlayıblar:

“Müəllimimiz məktub yazılarkən məni sinfə dəvət etdi ki, Azerbaycanla bağlı mğlumat verim.
Uşaqlar Azadın sayəsində Azərbaycanla bağlı bəzi məlumatlar öyrənmişdilər.
Artıq Bakının paytaxt olduğunu, sözlərimizin yabancı olmadığını bilirdilər.
Uşaqların bu qədər sevincli olacağını gözləmirdim.
"İlhame teyze, Azerbaycandan arkadaşım olmasına yardım ettiğin için sana teşekkür ediyorum" - Ela Cüce adlı qız həyəcanla dedi.
Sinfin bütün uşaqları həyəcanlı idilər.
- Çocuklar, kim söyler, məktəp kelimesi hangi kelimenin eş anlamlısıdır (sinonimi)?
Bir anda əllər havaya qalxdı.
- Okul - dedi şagirdlərdən biri.
Yazı taxtasına çıxan Eylül Ecem bir neçə sözün türkcə, Azad isə Azərbaycanca qarşılığını yazdılar.
Ata, uşaq, ana, muəllim, təyyarə - bu sözlər şagirdlərə qətiyyən yabancı görünmədi. Azərbaycan dilində söylədiyim bu sözləri türkcə baba, çocuk, anne, öğretmen, uçak sözlerinin sinonimləri kimi bilirdiler şagirdlər.
- Çocuklar, görüyormusunuz bir-birimize ne kadar yakın olduğumuzu? Biz aynı dili konuşuyoruz - dedim.
- Türkiyədə, Allah korusun, bir deprem olursa, yardımımıza ilk kim koşacak? - Azərbaycan! Azərbaycanın da ihtiyacı olduğu zaman ilk biz yanlarında oluruz. Çünki biz kardeş ülkeleriz - Yasemin müəıllimə davam etdi. Bundan sonra püşkatma ilə uşaqlar məktub dostlarını seçdilər.

Beləcə, bir millət-iki dövlət konseptli örnək əlaqələrimizə kiçiklərin töhfə vermək istədiyi işimizə başladıq.
Bu əlaqələrin uşaqlara hər addımda ölkələrimiz haqqında daha çox bilgi verəcəyinə, uşaqlarda dost, qardaş ölkəyə daha çox sevgi yaradacağına inanırıq.
Səlahiyyətli böyüklərin dəstəyi ilə uşaqlarımızın bu istəklərini daha da genişləndirməyə çalışacağıq.
Bu günün uşaqları sabahın böyükləri, öz ölkəsinin gələcəyidir. Türkiyədə Azərbaycanı yaxından tanıyaraq böyüyən bir nəslin yetişməsi çox yaxşı olardı”. 

“Oğlum Azad və sinif yoldaşları Ərzincandakı bir məktəblə “məktub dostluğu”na başlamışdı.
Evdə Azadın bu məktublaşmadan necə sevindiyini görüb, Azərbaycanla da belə bir layihənin gerçəkləşə biləcəyini düşündüm.
Oğlumun müəllimi Yasemin Özkan Erdoğanla mövzu ilə bağlı danışdım. Amma içimdə özümü mənfi cavaba da hazırlamışdım.
“Çok muhteşem olur. Çok mutlu olurum" - müəllimə söylədi”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı