Xarkovun atəşə tutulması davam edir

12:32 05-03-2022 | icon 390 | Dünya
Xarkovun atəşə tutulması davam edir

Ukrayna DİN: “Çerniqovda vəziyyət ağırdır”

 

“Ukraynanın Xarkov şəhərinin atəşə tutulması davam edir, Çerniqovda vəziyyət gərgindir”.

 

Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko bildirib.

 

O, həmçinin, Xarkov yaxınlığında düşmənin 488-ci motoatıcı alayının məhv edilməsi münasibətilə ukraynalıları təbrik edib.

 

Denisenkonun sözlərinə görə, gecə saatlarında Ukraynanın cənubuna - İzmail, Yujnı, Kiliya, Belqorod-Dnestrovskiyə hava hücumu olub.

 

O xatırladıb ki, dünən Xersonda ruslar humanitar yardım paylamağa cəhd ediblər, lakin yerli sakinlər gəlməyiblər:

“Yaxınlıqdakı müəssisələrdən Xerson şəhərinə məhsul gətirmək üçün humanitar dəhlizlərlə bağlı ilkin razılaşmalar var idi. Onu qəsdən bağladılar, gətirməyə imkan vermədilər ki, insanlar gəlib ruslardan humanitar yardım istəməyə başlasınlar. Xerson sakinlərinin özlərində güc tapması münasibəti ilə özümüzü təbrik etmək istərdim, afərin. Demək istəyirəm ki, biz sizin humanitar yardımınıza əhəmiyyət vermədik, əslində bizi acından öldürmək istəyən də sizsiniz”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı