Paşinyan Novruz bayramında Azərbaycan prezidentini təbrik edəcək?

15:31 05-03-2022 | icon 479 | Siyasət
Paşinyan Novruz bayramında Azərbaycan prezidentini təbrik edəcək?

“Öncə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etməlidir”

 

Ermənistan Baş naziri Nikol Paşinyanın "hökumət saatı" adlanan çıxışında Azərbaycanla sülh sazişinin bağlanmasına hazır olduqlarını qeyd etməsi təbii ki birmənalı qarşılanmır. Azərbaycanla münasibətlərdə öz etibarını çoxdan itirən işğalçı dövlətin bu gün sülh deyib, sərhəddə isə atəşkəsi pozması heç şübhəsiz qarşı tərəfin oyun oynadığını göstərir. Amma eyni zamanda belə hesab olunur ki, məhz Rusiyanın izolyasiya olunması və Ukrynada hərbi uğursuzluğu Paşinyanın sülh müqaviləsini ortaya atmasına gətirib çıxardıb.

 

Paşinyan və Ermənistan hökuməti sülhə gəlmək üçün lazımı addımları atmırsa, nə dərəcədə ona etibar etmək olar?

 

Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Paşinyan ilk növbədə 10 noyabr və sonrakı danışıqlarda əldə olunan razılaşmalara əməl etməlidir.

 

Politoloq vurğulayıb ki, Azərbaycan prezidenti müharibədən dərhal sonra sülh müqaviləsininin bağlanması üçün Ermənistana dəfələrlə təkliflər və mesajlar versə də, Ermənistan manevrlər edir:

 

“Ermənistan tərəfi “sülh” deyə bilər, amma baxır hansı təkliflər əsasında bu sülh müqaviləsində maraqlıdır. Bu dövlət ilk növbədə Azərbaycanın konusturuktiv təkliflərini qəbul etməlidir. Azərbaycanın da təklifləri beynəlxalq hüquqa söykənir. Ermənistana ərazi iddiaları irəli sürmür. Sülhdə maraqlı görünən Paşinyan ilk növbədə Azərbaycanın ərazi bütövlüyünü tanımasını bəyan etməlidir.  Paşinyan sülh müqaviləsinin bağlanmasında maraqlıdırsa, sülh şərtlərini qəbul edibsə, qarşıdan gələn Novruz bayramında sülh üçün Azərbaycan xalqını və prezidentini təbrik etməlidir”. /hafta.az/

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı