"Bu arxayınçılıq Parlamentin nüfuzuna ziyanlıdır"

16:45 05-03-2022 | icon 428 | Siyasət
"Bu arxayınçılıq Parlamentin nüfuzuna ziyanlıdır"

Razi Nurullayev: "Hesabat plenar iclasa tövsiyə ediləndə müvəkkilin özü görünmür, niyə?"

 

"İnsan hüquqları üzrə müvəkkilin hesabatı təbii ki, qəbul ediləcək. Hələ qəbul edilməyən, çək-çevir yaradan hesabat görməmişəm. Amma istərdim ki, Parlamentdə hesabat dinləmə, hesabat vermə və hesabata münasibətdə keyfiyyət dəyişikliyi olsun. Hesabatı verməyə gələn aidiyyatı qurumların rəhbərləri birdən hesabat qəbul edilər, birdən qəbul edilməz deyə narahatlıq keçirsinlər. Hər kəs gələndə bilir ki, hesabatı qəbul ediləcək. Bu arxayınçılığı Parlamentin nüfuzuna ziyanlı hesab edirəm".

 
 
Versus.Az xəbər verir ki, bunu İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) illik məruzəsi haqqında məsələnin parlamentdə müzakirəsi zamanı çıxışında deputat Razi Nurullayev bildirib.
 
 
Deputatın sözlərinə görə, Parlamenentin İnsan hüquqları komitəsində müvəkkilin hesabatını artıq neçənci dəfədir dinləyib, plenar iclasa tövsiyə edəndə isə hörmətli müvəkkilin özünü görmürlər:
 
 
"Mən ümumiyyətlə komitə iclaslarına rəhbər şəxslərin özlərinin gəlməməsini hörmətsizlik hesab edirəm. Bu davranış təkrarlandıqca bizim də yanaşmalarımızın adekvat olacağı başadüşüləndir.
 
Xeyli ölkələr göstərə bilərəm ki, orada insan hüquqları üzrə müvəkkilə müqəddəs insan kimi yanaşırlar. Çünki o xalqa həqiqətən də çox əlçatan olur. Bu əlçatanlıq da kifayət deyil. Gərək insanlar müvəkkilə son ümid yeri kimi baxsın və nəticə görsün, istilik, nəvaziş və mehribançılıq hiss etsin".
 
 
Razi Nurullayev müvəkkilin sosial şəbəkələrdə fəaliyyətinin də təkmilləşdirilməsinə ehtiyac olduğunu vurğulayıb:
 
 
"Təəssüf edirəm ki, vəzifəli şəxslərin xeyli hissəsi, o cümlədən müvəkkil aparatı da pandemiyanı əsas gətirib xalqdan uzaq düşüb. Xalqın içində olmaq, onun əlini tutmaq, onu qucaqlamaq, dərdinə şərik olmaq gərəkir. Rəsmi məlumatlar dərc etmək, quru bəyanatlar vermək, onlayn görüşlərin şəklini paylaşmaq xalqı cəlb edə bilməz. Elə ona görə də müvəkkil instutunun sosial şəbəkə hesabları darıxdırıcıdır və vətəndaşların ehtiyaclı hissəsi ora daxil olub baxmır. Nəyə baxsın, quru bəyənatlara və şablon sözlərdən ibarət informasiyalara?"
 
 
Hesabata diqqət çəkən R.Nurullayev bildirib ki, burada 73 tövsiyə yer alıb. O qədər gözəl tövsiyələrdir ki, həyata keçirilsə, günü sabahdan İsveçrəyə bənzər ölkədə yaşayarıq:
 
 
"Komitə iclasında müvəkkil aparatının rəhbəri hörmətli Aydın müəllim Səfixanlıya sual verdim ki, hər dəfə bu qədər tövsiyələr verilir, bunların neçə faizi həyata keçirilir? Hörmətli Aydın müəllim dedi ki, tövsiyələr əsasən təkrar olunmur, hesabat dövrü 70 faiz tövsiyələr həyata keçirilir. Əgər bu rəqəm doğrudursa, ölkədə ən azından qanunvericilik baxımından problem olmamalıydı axı, şikayət məktublarının sayı azalmalı, vətəndaşların real problemləri də həll edilməliydi. Mən bu sualı hörmətli müvəkkil Səbinə xanıma ünvanlayıram: Siz verdiyiniz təkliflərin həyata keçirilmə sayını səsləndirə bilərsinizmi?
 
Xeyli ağır məsələlər də var idi. Daha onları səsləndirmirəm. Komitə iclasımız xeyli canlı keçdi və hörmətli həmkarlarım tərəfindən əsaslı, yerində məsələlər deyildi. Yəqin bu tribunada da səsləndirəcəklər, hesab edirəm ki, deyilməlidir. Qaldırılan məsələlərin diqqətlə araşdırılmasını və insan hüquqları üzrə müvəkkil institutunun vətəndaşlara yaxın olmasını arzulayarıram".
 
 
LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ermənistanın buqələmun siyasəti

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?