Sirus Mirzəzadənin “Qadın ətri” - SƏRGİ

10:38 06-03-2022 | icon 883 | Mədəniyyət
Sirus Mirzəzadənin “Qadın ətri” - SƏRGİ

Mart ayının 4-də Xalq rəssamı Sirus Mirzəzadənin “Qadın ətri” adlı fərdi sərgisinin açılış mərasimi keçirilib. Azərbaycan Milli İncəsənət Muzeyində baş tutan sərgi Milli Məclisin Mədəniyyət Komitəsinin, Mədəniyyət Nazirliyinin, Rəssamlar İttifaqı və Milli İncəsənət Muzeynin dəstəyi ilə keçirilib.

 
 
Versus.Az xəbər verir ki, sərginin açılış mərasimində aparıcısı – Xalq rəssamı Arif Hüseynov bildirib ki, sərgidə, həmkarı Sirus Mirzəzadənin gərgin bədii axtarışlarının məhsulu olan 150-yə yaxın dəyərli sənət örnəkləri nümayiş olunur. O, ekspozisiyanın həm rəngkarlıq, həm də qrafika əsərlərindən ibarət olduğunu bildirib.
 
 
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva sərginin açılış mərasimində geniş çıxış edib, ürək sözlərini bölüşüb. Komitə sədri görkəmli rəssamın əsərlərinə nəzər saldıqda, ənənə ilə çağdaşlığın uğurlu sintezinin göründüyünü söyləyib:
 
 
“Xalq rəssamı istər monumental-dekorativ, istərsə dəzgah rəngkarlığı sahəsində yaratdığı kamil əsərlərlə sənətsevərlərin rəğbətini qazanıb. Onun yüksək yaradıcılıq məhsulu olan əsərlərinin estetikasının idrakı və bədii yorumu milli təfəkkürlə beynəlmiləl düşüncənin vəhdəti ilə şərtlənir. XX yüzilin 70-ci illərindən müstəqil yaradıcılıq fəaliyyətinə başlamış Sirus Mirzəzadə, çoxşaxəli bədii fəaliyyət yolunda qrafik əsərlərin ustad yaradıcısı kimi də Azərbaycan təsviri sənətində önəmli yerlərdən birini tutur. Ustad rəssamın yaradıcılığında geniş yer ayırdığı mövzulardın başında qadın, gözəllik, “Adəm və Həvva”, qadın ətri gəlməkdədir. Təsadüfi deyil ki, sənətkarın “8 Mart – Beynəlxalq Qadınlar Günü” ərəfəsində açılışı olan və mart ayı boyunca davam edəcək sərgisinin adı da “Qadın ətri” adlanır. Böyük Hüseyn Cavid deyirdi:
 
 
“Onun ayaqları altındadır fəqət cənnət:
Qadın gülərsə şu ıssız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək”!
 
 
Azərbaycan qadınlara seçmək-seçilmək hüququ verən ilk Şərq ölkəsidir. Respublikamızda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. Çox hörmətli Mehriban xanım Əliyeva Azərbaycan qadının adını dünyada ləyaqətlə təmsil edir, gənc qızlarımız ondan nümunə götürür, qadınlarımız cəmiyyətdə daha öncül mövqelər qazanır. Beləliklə, qadına dəyər verən dövlətdə, cəmiyyətdə, sənətin, sənətkarın da dəyərli yanaşması çox xoşdur. Necə deyərlər, sənət cəmiyyəti, cəmiyyət sənəti təsirləndirir. Təsadüfi deyil ki, sənətşünaslar, tənqidçilər Xalq rəssam sirus Mirzəzadənin dəfələrlə müraciət etdiyi qadın mövzusunda dərin psixoloji məqamlara varmasını, ənənəvi mövzuya fərqli baxış bucağı qazandırmasını xüsusi qabardır.
 
 
Vernisajda eyni zamanda sənətkarın müxtəlif ovqatlı, təəssüratları təcəssüm etdirən, təxəyyüldən süzülüb gələn improvizasiyaların bədii təcallası olan əsərlər də nümayiş olunur.
 
 
Xalq rəssamı Sirus Mirzəzadə bədii təxəyyülünün digər maraqlı örnəkləri – “Qadın ətri”, ümumən qadın, gözəllik tematikasına uyğun silsilə kompozisiyaları yaddaqalandır.
 
 
Sirus müəllimin təsviri incəsənətimiz qarşısındakı xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, o, 2002-ci ildə “Əməkdar rəssam”, 2018-ci ildə isə “Xalq rəssamı” fəxri adına layiq görülüb.
Bu gözəl sərgi münasibəti ilə müəllifi və bütün sənətsevərləri təbrik edir, ən xoş diləklərimi yetirirəm! Fürsətdən istifaə edərək, sərgiyə təşrif buyurmuş xanımlarımızı qarşıdan gələn beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edir, xoşbəxtlik arzulayıram. Mart bayramlar ayıdır. Qoy, bu ayda sənətimiz, sənətkarlarımız daha çox ümumxalq sevgisi ilə əhatə olunsun. Ümidvaram, bayramlar münasibəti ilə hədiyyə seçimi edənlər üçün ən yaxşı ünvanlardan biri bura olacaq – buyurun, öz sevdiklərinizə, qonaqlarınıza sənət əsərləri seçin, onları sevindirin. Mən onun tərəfdarıyam ki, xaricə gedərkən də, xaricdən qonaqlarımız gələrkən də, elə öz doğmalarımıza hədiyyə bağışlayarkən də, öz sənətkarlarımızın əsərlərinə üstünlük verək, birincilik tanıyaq. Belə olarkən, həm sənətimiz təbliğ olunur, həm də sənətkarlarımız dəstəklənmiş olur.
Mən bizim dəvətimizi qəbul edib, bu gün bizimlə bir yerdə olan Millət vəkili həmkarlarıma, işadamlarımıza, sənətsevərlərimizə, vətəndaş cəmiyyəti institutlarımızın dəyərli nümayaəndələrinə, gənclərimizə - sizlərin hər birinizə çox təşəkkür edirəm".
 
 
Sərginin açılış mərasimində Mədəniyyət Nazirinin müavini Sevda Məmmədəliyeva, Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, sənətşünas alim, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev çıxış edib, sərgi və müəllifin yaradıcılığı haqqında – əsərlərin ideya, estetik dəyərləri barədə danışıb, ürək sözlərini bölüşüb.
 
Deputat Razi Nurullayevin də iştirak etdiyi sərgidə Bakıdakı Qara Qarayev adına Musiqi məktəbinin 3-cü sinif şagirdi Jalə Musayevanın Qara Qarayevin, Fikrət Əmirovun əsərlərinə müraciət edərək hazırladığı musiqili təbrik açılış mərasiminə xüsusi rəng qatıb.
 
 
Sonra Xalq rəssamı Sirus Mirzəzadə çıxış edərək, təşkilatçılara, çıxışçılara və bütün iştirakçılara minnətdarlıq edib.
 
 
Bir daha vurğulayaq ki, satış-sərgi Milli İncəsənət Muzeyində mart ayı boyunca davam edəcək.
(Ünvan: Bakı, NİYAZİ küçəsi, 9/11).
 
 
 
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür