"Ukraynada ABŞ-ın, Qərbin, BMT-nin, NATO-nun və beynəxalq hüququn fiaskosudur"

12:46 06-03-2022 | icon 442 | Geopolitika
"Ukraynada ABŞ-ın, Qərbin, BMT-nin, NATO-nun və beynəxalq hüququn fiaskosudur"

Ramiyə Məmmədova: "Ukraynanın çıxış yolu neytral dövlət olmasıdır"

 

"Ukraynada baş verənlər tək Rusiyanın deyil, ABŞ-ın, Qərbin, BMT-nin, NATO-nun və beynəxalq hüququn fiaskosudur. Ukraynada baş verənlər, tökülən qan, alınan canlar bu ölkənin ABŞ-ın və Qərbin oyununa gəlməsinin nəticəsidir".

 

Bunu Versus.az-a Ukrayna-Rusiya müharibəsi və hədəflər istiqamətində verdiyi şərhində siyasi şərhçi Ramiyə Məmmədova bildirib.

 

Siyasi şərhçi hesab edir ki, Ukrayna hec bir vaxt nə Avropa Birliyinin üzvü nə də NATO üzvü olmayacaq:

 

"Bunu Avropa dövlətləri və ABŞ cox yaxşı bilir və Ukraynanın Rusiyanı cökdürmək ücün bir poliqona cevirdilər. ABŞ-a güvənib eyforiyaya qapılaraq addım atmaq bu dövlət ücün ən böyük səhf idi. Rusların Ukrayna dövlətinin və xalqının varlığını sual altına alıb ona qarşı soyqırım törətmək niyyətində olduğunu bildirdilər. Belə ki, Amerikanın Foreing Affairs jurnalında Rusiyaya qarşı cıxış edən Ukrayna milliyətcilərinin adları olan siyahı təqdim edilib və onların Rusiya tərəfindən tamamilə məhf ediləcəyəni dedilər".

 

R.Məmmədovanın fikrincə, Ukrayna kimi dövləti Suriyaya cevirmək ücün Qərb əlindən gələni etdi:

 

"Rus ayısının caynağına atdı və indidə sanksiyalarnan qorxudur, sanksiyalar tətbiq edir. Ukrayna ABŞ prezidentinin Baydenin secki öncəsi hegemon dövlət statusunun qaytarılmasının və Putin Rusiyanın məhf etmə ambissiyasının yeni qurbanı oldu. Artıq rus ordusu Kiyevə catıb, günahsız insanlar həlak olur, qan tökülür və beynəlxalq hüquq qanunların hec bir gücə malik olmadığını, sadəcə güc kimdədirsə haqlı da odur yanaşmasının bir daha şahidi oluruq. Biz bunu 30 il Qarabağ savasında da gördük, beynəlxalq hüququn edə bilmədiyini biz Azərbaycan olaraq 44 gündə əldə etdik. Rusiya öz hədəfinə çatdı qenişmiqyaslı müharibəyə qirmədən Ukraynanı bölərək ələ keçirtdi. Ukrayna sona qədər dirənəcək, lakin bu dirənmənin nəticəsində əldə etdiyi ən böyük nəaliyyət verəcəyi döğru qərar, NATO-ya üzvlükdən imtina edilməsidir. Onsuz da onu üzv olaraq hec bir zaman qəbul etməcəklər. Türkiyəni illərdir Avropa Birliyinə qəbul etmədikləri kimi; Ukrayna dövlətinin varlığının saxlanılması, qorunması və insanlarının təhlükəsizliyini təmin edilməsi ücün neytral dövlət statusunun əldə edilməsi bügün Ukrananın həm cıxış yoludur həm də gələcək sərbəst kimsənin tam hegemoniyası altında olmayaraq inkişaf etməsidir".

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol