Daha bir deputat Şəhid adlarının əbədiləşdirilməsini istədi

17:04 07-03-2022 | icon 413 | Siyasət
Daha bir deputat Şəhid adlarının əbədiləşdirilməsini istədi

Razi Nurullayev: "Bu məsələ böyüyüb, az qala münaqişəyə çevrilməkdədir"

 

"Şəhid adlarının küçələrə verilməsi ilə bağlı ciddi sosial narazılıq movcuddur. Prezident Administrasiyası, icra hakimiyyətləri, Müdafiə Nazirliyi, Nazirlər Kabineti, Hərbi səfərbərlik xidməti və Parlament bu müracətlərlə doludur".

 
 
Versus.Az xəbər verir ki, bunu martın 4-də Parlamentdəki çıxışında deputat Razi Nurullayev bildirib.
 
 
O, qeyd edib ki, sözügedən məsələ böyüyüb, az qala münaqişəyə çevrilməkdədir:
 
 
"Mən icra hakimiyyətləri ilə danışmışam. Xeyli adsız və adı məna kəsb etməyən küçələr var. Bu məsələ həll edilə bilər. Amma bunun üçün Nazirlər Kabinetinin qərarına və "Yerlii icra hakimiyyətləri haqqında Əsasnamə”yə dəyişiklik etmək lazımdır. Qərarın ordenlə bağlı hissəsi isə böyük küçələrə, meydanlara, gəmilərə və digər vacib subyektlərə aid olaraq qalsın".
 
 
Razi Nurullayev təkliflərini də səsləndirib:
 
 
"Birinci, Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları"nın təsdiq olunması haqqında Nazirlər Kabinetinin qərarının 3.1.2 bəndinə edilən düzəlişlə yalnız ordenlə təltif olunan şəhid adları əbədiləşdirilir. Bu düzəliş 25 avqust 1999-cu il tarixli 139 nömrəli qərarla 3.1.1. və 3.1.2. bəndləri yeni redaksiyada verilib ki, mən bu düzəlişlərin yenidən yeni redaksiyada verilməsini və səlahiyyətlərin də yerli icra hakimiyyəti və bələdiyyələrə ötürülməsi təklifini irəli sürürəm.
 
İkinci, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.17. bəndinin yeni redaksiyada verilməsini təklif edirəm. Yeni redaksiya belə ola bilər: yaşayış məntəqələrində küçə və meydanlara ad vermək, onların adlarını dəyişdirmək, o cümlədən şəhid adlarının əbədiləşdirilməsinə şamil edilir. İcra hakimiyyətlərini bu qədər mərkəzə tabe etmək yanlışlıqdır. Qoy özləri qərar versinlər. Onlara sərbəstlik, azadlıq və qərarvermə imkanı tanımaq lazımdır.
 
Üçüncü, başqa mexanizmlər üzərində işləmək olar. Məsələn, hər bir şəhidin evində gözəl bir otaq - muzey yaradılıb, bəlkə bu otaqlara da bir status veriməsini nəzərdən keçirmək olar?"
 
 
Deputat vurğulayıb ki, bu məsələ illərlə şəhid ana-ataların gündəmindən düşməyəcək və narazılıqlar yaradacaq:
 
 
"Gəlin bu məsələni qanunvericilik və qərarlar səviyyəsində həll edək ki, cəmiyyətdə olan narazılığın birini köklündən həll etmiş olaq".
 
 
SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol