“Azərbaycanın Ukraynadakı təxliyə siyasəti digər ölkələrə nümunədir”

17:42 07-03-2022 | icon 438 | Siyasət
“Azərbaycanın Ukraynadakı təxliyə siyasəti digər ölkələrə nümunədir”

“Azərbaycan hər zaman vətəndaşlarının təhlükəsizliyinin təmin olunması sahəsində əlindən gələni əsirgəməyib. Ukraynada müharibə başlayandan bu günə kimi qonşu ölkələrə 10 000-ə yaxın soydaşımız təxliyə olunub. Onu da qeyd edim ki, Azərbaycan vətəndaşlarının Ukraynadan təxliyə edilməsi Prezident İlham Əliyevin şəxsi nəzarəti altındadır”.

 

Versus.Az xəbər verir ki, bunu  açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

 

Onun sözlərinə görə, Polşa, Moldova, Macarıstan, Slovakiya və Rumıniyadakı səfirlik əməkdaşlarının təxliyə olunan Azərbaycan vətəndaşlarının ölkəsinə göndərilməsinin təmin olunmasındakı rolu yüksək qiymətləndirilməlidir:

 

“Ukraynada tək Azərbaycan vətəndaşları deyil, başqa ölkələrin də vətəndaşları yaşadığı halda dövlətimizin təxliyə prosesində siyasəti digər ölkələrə nümunədir. Hazırda Ukraynada Xarici İşlər Nazirliyinin nümayəndələri prosesə şəxsən nəzarət edir, hətta sənədlərində problem yaranan vətəndaşlarımızın da maneəsiz şəkildə ölkəmizə qayıdışının təmin olunması üçün əllərindən gələni edirlər”.

 

Deputat son günlər Ukraynada olan Azərbaycan səfirliyinin və nümayəndələrinin fəaliyyətinin müzakirə obyektinə çevrildiyini qeyd edib:

 

“Doğrudur, səfirlik əməkdaşları hazırda həmin ölkədə olmaqla digər vətəndaşımızın da təhlükəsiz şəkildə təxliyə prosesində iştirak etməli idi. Təəssüf ki, bu gözləntimiz özünü doğrultmadı. Lakin təkrar qeyd edirəm ki, Xarici İşlər Nazirliyinin fəaliyyəti həqiqətən dövlətimizin vətəndaşına olan dəyərini bir daha nümayiş etdirdi. Pandemiya dövründə olduğu kimi, burada da dövlət bütün mümkün vasitələrdən istifadə etməklə öz vətəndaşlarına sahib çıxır, onların planlı şəkildə təxliyə prosesini davam etdirir. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan dövləti bütün hallarda olduğu kimi, bu dəfə də öz vətəndaşlarının, soydaşlarımızın yanındadır”.

 

Qeyd edək ki, Ukraynadakı vəziyyətlə əlaqədar indiyədək Azərbaycana ümumilikdə 3 138 nəfər təxliyə olunub. Onlardan çarter reysi ilə təxliyə olunanların sayı 1 908 nəfər, quru yolu ilə təxliyə olunanların sayı isə 1 263 nəfərdir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi