Azərbaycanlı tələbə qızlar kirayə qaldıqları evdə ölü tapıldılar

16:11 04-01-2019 | icon 613 | Hadisə
Azərbaycanlı tələbə qızlar kirayə qaldıqları evdə ölü tapıldılar

Ukraynanın Xarkov şəhərində Türkiyə vətəndaşları olan azərbaycanlı tələbə qızların meyitləri tapılıb.

 

Versus.Az Milli.Az-a istinadən xəbər verir ki, Xarkovdakı universitetlərdən birində təhsil alan ikinci kurs tələbələri Zeynəb və Buketin meyitləri müvəqqəti yaşadıqları evdə tapılıb.

 

Polis ilkin baxışda meyitlərin üzərində zərbə izləri aşkar edib. Hazırda araşdırma aparılır. Hər iki tələbə əslən Azərbaycanın Yevlax rayonudan olub, Türkiyənin İğdır vilayətinin sakinləridirlər.

 

Qeyd edək ki, son illər Ukraynada bir sıra azərbaycanlı güllələnib, 20-dən çox azərbaycanlının isə oğurlanması faktı qeydə alınıb. Bu ilin noyabr ayının 19-29 tarixlərində Kiyevdə ezamiyyətə göndərilən Azərbaycanın "Report" İnformasiya Agentliyinin əməkdaşına qarşı gözlənilmədən baş verən silahlı təhdid və təqibi törədənlər barədə də hələ ki heç bir nəticə yoxdur.

 

Xatırladaq ki, ötən dövrlərdə Azərbaycanın Baş prokuroru Zakir Qaralov isə Ukraynada azərbaycanlılara qarşı zorakılıq hərəkətlərinə yol verilməsi ilə əlaqədar olaraq, həmin ölkənin Baş prokuroru Yuriy Lutsenkoya müraciət edib. Müraciətdə azərbaycanlılara qarşı törədilmiş cinayətlər qəti şəkildə pislənib. Müraciətdə bu hadisələrin ictimaiyyət arasında geniş rezonans doğurması bildirilməklə, araşdırmaların cinayət-prosessual qanunvericiliyin və beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq, obyektiv və ədalətli şəkildə aparılması və həmin hərəkətlərə qısa müddətdə hüquqi qiymət veriləcəyinə əminlik ifadə olunub. Z.Qaralovun ukraynalı həmkarına müraciətindən sonra bir sıra cinayətlərin üstü açılsa da, müəyyən cinayətlərin üstü açılmamış qalır.

---

Ukraynanın Xarkov şəhərində iki tələbə türk qızı yaşadıqları evdə ölü tapılıblar.

 

Versus.Az xarici KİV-ə istinadən xəbər verir ki, 3 gündür onlardan xəbər ala bilməyən bir rəfiqələrinin səhər saatlarında polisə gedərək vəziyyəti bildirməsindən sonra polis tələbələrin yaşadığı evə gedib. Kirayə qaldıqları mənzildə qızların cansız bədənləri ilə qarşılaşan səlahiyyətlilər "isti izlər"lə apardıqları araşdırma zamanı qızların öldürüldüyünü müəyyən ediblər.

 

Tələbələrin Xarkov Universitetində oxuduqları məlum olub.

ÖLDÜRÜLƏN QIZLARDAN BİRİ KEÇMİŞ SEVGİLİSİ TƏRƏFİNDƏN TƏHDİD EDİLİRMİŞ

Ukrayna mətbuatında yer alan xəbərlərə görə, həyatını itirən tələbələrdən biri olaydan qısa zaman öncə ailəsinə türk vətəndaşı olan keçmiş sevgilisinin onu təhdid etdiyini deyib.

Cəsədlərin tapıldığı mənzilin sahibi və qətlə yetirilən gənc qızlardan birinin keçmiş sevgilisi olduğu bildirilən türk vətəndaşının da polis tərəfindən sorğuya alındığı bildirilib.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI