14 ildir nəşi tapılmayan polkovnikə şəhid statusu verildi

12:44 09-03-2022 | icon 359 | Şəhidlər və şahidlər
14 ildir nəşi tapılmayan polkovnikə şəhid statusu verildi

14 il əvvəl döyüş təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirən pilot polkovnik-leytenant Fəxrəddin Əsgərova 14 ildən sonra şəhidlik statusu verilib.

 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) bildirilib ki, şəhidlik statusu ilə bağlı sənədlər F.Əsgərovun ailəsinə təqdim olunub.

 

Qeyd edək ki, 29 yanvar 2008-ci ildə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 döyüş təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb.

 

Qəza nəticəsində təyyarəni idarə edən hər iki pilot - polkovnik-leytenant Fəxrəddin Əsgərov və kapitan Əfqan Aslanov həlak olub. Ə.Aslanovun cəsədi bir neçə gün sonra dənizdən aşkarlansa da, F. Əsgərovun nəşi tapılmayıb. 

 

O, 31 yaşında ikən polkovnik-leytenant rütbəsinə yüksəlib. 

 

Dövründə keçirilən hərbi paradların təşkilində yüksək fəallıq göstərmiş, Azərbaycan bayrağını Vətən səmasına çəkən ilk pilotlarımızdan olub. Həmin dövrün ən çox uçuş saatı olan pilotu olub.

 

Xidmət müddətində 24 iyun 2003-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin fərmanı ilə “Hərbi xidmətlərə görə” medalı, 25 iyun 2006-cı il tarixdə Azərbaycan Respublikası Prezidentinin adından, Azərbaycan Respublikası Müdafiə nazirinin əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif olunub.

 

Fəxrəddin Əsgərovun geriyə iki övladı qalıb. 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür