Nadir “qaniçən kalmar”a Bayden adı verildi
Amerikalı paleontoloqlar ən qədim “qaniçən kalmar”ım qalıqlarını ABŞ prezidenti Co Baydenin şərəfinə adlandırıblar.
Dəniz heyvanı 1980-ci ildə Montanada tapılıb.
1988-ci ildə onun qalıqları Kanada Kral Ontario Muzeyinə təhvil verilib və hazırda da orada saxlanılır.
Nyu Yorkdakı Amerika Təbiət Tarixi Muzeyindən paleontoloq Kristofer Uolenin sözlərinə görə, elmi adı “Syllipsimopodi Bideni” olan canlı təxminən 300 milyon il əvvəl Yer okeanlarında yaşayıb.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"