Qadınların 6 minlik telefonu oğurlandı
Bakıda qadınlara qarşı oğurluq olub.
Versus.Az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, fevralın 24-də Bakı şəhər sakini L.Hüseynəliyevanın 3000 manat dəyərində mobil telefonu oğurlanıb.
Səbail rayon Polis İdarəsi 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ağcabədi rayon sakini N.Səlimov saxlanılıb.
Ətrafında aparılan tədbirlərlə onun paytaxt sakini E.Abdullayevanın 3000 manat dəyərində mobil telefonunu oğurlaması da müəyyən olunub.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"