Üçüncü mərtəbədən yıxıldı
Abşeron rayonunda gənc qız 3-cü mərtəbədən yıxılaraq ağır xəsarət alıb.
Versus.Az xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.
2006-cı il təvəllüdlü Hüseynli Xədicə Samir qızı ehtiyatsızlıqdan 3-cü mərtəbədən yerə yıxılaraq xəsarətlər alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona açıq kəllə-beyin travması və bədənin müştərək travması diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"