Nişanlısının keçəl olduğunu biləndə toydan qaçdı
Hindistanda gəlin bəyin keçəl olduğunu öyrəndikdən sonra onunla evlənməkdən imtina edib.
Məlum olub ki, kişi uzun müddət bu faktı ondan gizlədib.
Toy qonaqlarının dediyinə görə, mərasim plan üzrə keçib. Lakin gəlin bəyin baş geyimini tez-tez düzəltdiyini görəndə hər şey dəyişib. O, sevgilisinin keçəl olduğunu və parik taxdığını öyrənərək bu barədə qonaqlardan birinə danışıb.
Qadının əvvəlcə huşunu itirdiyi, daha sonra qonaqlara evlənməkdən imtina etdiyini deyərək toydan qaçdığı bildirilib.
Gəlinin bu hərəkəti onun qohumları ilə bəyin ailəsi arasında münaqişəyə səbəb olub və kütləvi davaya çevrilib. Döyüşən tərəfləri sakitləşdirmək üçün kəndin ağsaqqalları məsələyə müdaxilə etməli oldular.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"