"Mənasız iddialar müxalifəti uçuruma aparır"

16:43 04-01-2019 | icon 431 | Siyasət
 "Mənasız iddialar müxalifəti uçuruma aparır"

 

 “Müxalifətin bir araya gələ bilməməsinin başlıca səbəbi partiya sədrlərinin yarıtmaz siyasət aparması və hər birinin özünü müxalifətin aparıcı lideri kimi görməsidir”. Versus.Az xəbər verir kiunu SİA-ya “Yurddaş” partiyasının sədri Mais Səfərli deyib.

Onun sözlərinə görə, bu cür mənasız iddialar müxalifəti uçuruma aparır. Demək olar ki, iddialar səbəbindən bu gün dağıdıcı müxalifət düşərgəsində heç kəs qalmayıb: “Yəni orda partiya sədrlərindən və onların yaxın çevrələrindən başqa adamlar görmək mümkün deyil. Siyasi partiyalar anlamına fikir versək, o düşərgədə demək olar ki, o partiyalar yoxdur. Bu da özlərinin düzgün işlərini qura bilməməsinin nəticəsidir. 1990-cı illərin əvvəllərində formalaşmış o partiyalar artıq uzun illərdi ki, müxalifətdədirlər və ölkədə keçirilən bütün seçkiləri uduza-uduza gəliblər. Bu illər ərzində radikal müxalifət partiyalarının peşəsi iqtidarın gördüyü işlərə kölgə salmaq, ağa qara deməkdən ibarət olub. Artıq demək olar ki, müxalifət partiyaları son bir necə ildə bütün mərhələdə olan seçkiləri baykot edirlər. Çünki seçkilərə qatılmaqdan qorxurlar. Ümumiyyətlə, müxalifətin ölkədə keçiriləcək olan hər hansı bir seçkilərdə nə isə bir uğur qazanmaq şansı sıfıra bərabərdir. Çünki onların xalq tərəfindən heç bir dəstəyi yoxdur. Bu da onların uğursuzluqlarının sübutudur. Ona görə də, sözügedən partiyalar bu gün birləşə də bilmirlər. O partiyaların hərəsi müxtəlif qütblərdən idarə olunurlar. O qütblərdən aldıqları əmirlərə əsasən bunlar fəaliyyət göstərirlər. Odur ki, sözügedən partiyaların birləşməsi, bir olması və hansısa bir birlik ortaya qoyması mümkün deyil. Bu partiyalar əslində o partiyalara başçılıq edən o liderlərin, yəni özlərini lider adlandıran o şəxslərin maraqları ətrafında fəaliyyət göstərirlər. Maraqlar toqquşduqca müxalif birliklər dağılır”.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı