Rusiyadan əlini üzən erməni başqa “xozeyin” axtarışında

10:09 11-03-2022 | icon 473 | Geopolitika
Rusiyadan əlini üzən erməni başqa “xozeyin” axtarışında

Nizami Verdiyev: “Ermənilər görür ki, ruslar bu müharibədə uduza bilər"

 

“Erməni separatçıları son günlər Xankəndi şəhərində yenidən təxribatlar törədirlər. Ola bilsin ki, məqsəd Ukraynada gedən müharibədən yararlanmaqdır. Amma hesab edirəm ki, bunlar əbəsdir”.

 

Versus.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Liberal Demokrat  Partiyasının (ALDP) Rəyasət  Heyətinin  katibi Nizami Verdiyev deyib.

 

Nizami Verdiyev bildirib ki, Azərbaycan Ordusu ermənilərə qat-qat artıq cavab verməlidir:

 

“Bizim əsas işimiz bu olmalıdır. Mənim fikrimcə, separatçıların təxribatlarına on qat artıq cavab verməliyik. Onlar bizim gücümüzü görməli və bilməlidir ki, hansısa təxribatçı addımların cəzası çox ağır olacaq”.

 

ALDP funksioneri diqqəti Paşinyanın Paris səfərinə yönəldərək əlavə edib ki, ermənilər hiyləgərdirlər:

 

“Ermənilər görürlər ki, Ukrayna məsələsində ruslar uduza bilər. Rusiya uduzacağı təqirdə özlərinə dayaq axtarırlar. Paşinyan Putinin dəvətini gəbul etmədi, amma Parisə getdi. Bu, xəyanat kimi qiymətləndirilə bilər. Amma ermənilər daha yaxşı arxa axtarırlar. Erməni görəndə ki, Rusiya onun istədiyini vermir, başqa “xozeyin” axtaracaq. Bu da onların iç üzünü göstərir”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol