Azərbaycanda PUTİNƏ HAQQ QAZANDIRAN partiya sədrləri

13:42 12-03-2022 | icon 369 | Siyasət
Azərbaycanda PUTİNƏ HAQQ QAZANDIRAN partiya sədrləri

Rusiya-Ukrayna müharibəsinin 17-ci günüdür. Fevralın 24-dən Ukraynaya müharibə elan edən Rusiya Federasiyası qonşu ölkənin ərazisini bombalayır, raket atəşinə tutur, amma hələ ki istədiyinə nail ola bilmir.



Kremlin Ukraynaya hərbi müdaxiləsinə etiraz edən Qərb dövlətləri və NATO  isə Rusiyaya qarşı sanksiyaları hər ötən gün sərtləşdirir.



Rusiya prezidenti Vladimir Putin də geri çəkilmək istəmir. O, martın 11-də keçirdiyi Təhlükəsizlik Şurasının iclasında Ukraynaya qarşı müharibəyə əcnəbi könüllülərin cəlb olunmasına icazə verib. Putin Rusiya müdafiə naziri Sergey Şoyqunun “Yaxın Şərqdən 16 min könüllü müharibədə Rusiyanın tərəfində döyüşməyə hazırdır” təklifinə “hə” deyib.

Azərbaycanda ictimaiyyətin böyük əksəriyyəti bu münaqişədə Ukraynanı dəstəkləyir. Əksər siyasi partiyalar da Rusiya-Ukrayna müharibəsilə bağlı açıq mövqe nümayiş etdirərək, Kremlin addımlarını pisləyib.

Amma fərqli mövqe sərgiləyən siyasi partiyalar da var.

Versus.Az xəbər verir ki, Azərbaycanda xüsusilə üç siyasi təşkilat Rusiya-Ukrayna müharibəsində Kremlin tutduğu xətti açıq şəkildə müdafiə edir, Vladimir Putinə haqq qazandırır.

 

Bu partiya sədrləri həm mətbuatda, həm də sosial şəbəkələrdə verdikləri açıqlamalarda müharibəyə görə Qərbi ittiham edirlər.

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, keçmiş deputat Araz Əlizadə Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı atdığı addımı haqlı hesab edib:

 

“Putində artıq bıçaq sümüyə dirənmişdi. Əgər Ukrayna NATO-ya qəbul olunsaydı, Rusiya demək olar ki, NATO-nun qarşısında tərkisilah olacaqdı. Putin bunu dekabr ayında məktubda açıq demişdi və öz tələblərini qoymuşdu. Lakin ABŞ və onun ətrafındakı çaqqal-çuqallar buna məhəl qoymadılar və Putini bu hərbi əməliyyata getməyə məcbur etdilər. Qeyd edim ki, Ukraynada faşistlər hakimiyyətə gəliblər. Ukraynadakı faşistlər öz xalqlarına qarşı min bir zülm edirlər. Artıq  8 ildir ki, Donetsk və Luqansk xalqı bombardman altında yaşayır. İndiyədək 13 mindən artıq adam rəhmətə gedib ki, onların arasında uşaqlar da var.  Minsk danışıqlarında Rusiya Ukraynaya kömək əlini uzatdı. Lakin Ukrayna  “Minsk müqaviləsi”ni yerinə yetirmədi”.

 


Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov bildirir ki, Rusiya və Ukrayna arasındakı gərginliyi məhz müharibə kimi dəyərləndirmir:

“Hesab edirəm ki, bu, Ukraynadakı faşist elementlərinə qarşı xüsusi bir hərbi əməliyyatdır. Heç kimə sirr deyil ki, Qərbin sözü ilə oturub-duran Ukrayna prezidenti artıq beynəlmiləl briqadanı ölkəsinə dəvət edib. Orada əsas əziyyət çəkən yerli əhalidir. Əhaliyə şəhərlərdən çıxmağa icazə vermirlər. Onların arxasında dayanaraq, bu hadisələrin davam etməsi, daha çox qanların tökülməsi üçün şərait yaradırlar. Əgər Rusiya müharibə aparırsa, niyə məhz ancaq hərbi obyektləri vurur? Niyə şəhərləri dağıtmır? Ona görə də, hesab edirəm ki, Rusiya-Ukrayna qarşıdurması Qərbin planları əsasında gedən prosesdir. Rusiyanın orada apardığı əməliyyat məhz Ukraynada formalaşmış faşist elementlərindən azad olunma əməliyyatıdır. Bunu mən Rusiya-Ukrayna müharibəsi adlandırmıram. Bu, iki slavyan xalqı arasında qarşıdurma yaradan qüvvələrin müharibəsidir. Burada günahkarlar iki qardaş xalq arasında qarşıdurma yaradanlardır”.
 

 

Yeni Zaman Partiyasının sədri Musa Ağayev:

“Zelenski siyasətçi deyil, artistdir. Putin böyük siyasətçidir. Rusiya nə SSRİ-ni bərpa etmək niyyətindədir, nə də imperiyanı bərpa etmək niyyətində... Ukrayna xalqını Amerika özü qırğına verir”. /modern.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı